"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizmin müasir inkişafı müstəqilliyimizin bəhrəsidir

Yer üzündə yaşayan bütün xalqlara nəsib olmayan müstəqillik ən qiymətli sərvətimiz kimi cəmiyyətin bütün sahələrində öz bəhrəsini verməkdədir. Müstəqil ölkəmizin dünya dövlətləri ilə yaratdığı iqtisadi-mədəni əlaqələrin miqyası genişləndikcə onun beynəlxalq aləmdəki nüfuzu artmaqda, vətəndaşların həyat səviyyəsi də yüksəlməkdədir. 10 dekabr 1948-ci il İnsan Hüquqları Haqqında Bəyannamənin 13-cü maddəsində göstərilən və insanların səyahət etməsi azadlıqlarını özündə ehtiva edən müddəalar da məhz cəmiyyətin inkişaf göstəricisi kimi turizmin əhəmiyyətini özündə göstərir. 

Xalqlar arasında iqtisadi-mədəni əlaqələrin dərinləşməsində turizm hazırda ən müvəffəqiyyətli yollardan biri hesab olunur. Bu mənada, insanlara dünyanın gözəllikləri ilə tanış olmaq, mənalı istirahət etmək imkanı yaradan turizm səfərlərinə getmək də müstəqil ölkə vətəndaşı kimi hər bir azərbaycanlının həyat tərzi elementinə çevrilib. Eyni zamanda zəngin turizm ehtiyatları və qonaqpərvərliyi ilə bütün dünya turistlərinin sevimli destinasiyasına çevrilmiş Azərbaycana səyahət etmək də həmişəkindən daha rahat və sərfəli olub. Ötən əsrin 50-ci illərindən başlayaraq dünyada turizmin kütləviləşməsindən Azərbaycan da öz bəhrəsini alıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda turizmin inkişafı üçün də mühüm işlər görülüb, o zamanın standartlarına cavab verən qonaqpərvərlik sənayesi yaradılıb. Həmin dövrdə çox sayda yerli və xarici turistlərin səfər etdiyi Azərbaycan keçmiş ittifaqın turizm mərkəzlərindən biri kimi yaxşı tanınıb. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində dəyirmi masa keçirilmişdir

15 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Dövlət Müstəqilliyi Günü ilə bağlı “Müstəqillik illərində turizm sahəsində qazanılmış uğurlar” mövzusunda dəyirmi masa keçirilmişdir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin dinləyici qismində iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Departamentin direktoru Əkbər Novruzov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızda bütün sahələr kimi turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır, beynəlxalq tələblərə cavab verən müasir turizmin frastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi turizmin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirmişdir.

Ardını oxu...

“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən seminar və praktik məşğələ keçirilmişdir

11 oktyabr 2019-cu il tarixdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Qızlar Liseyində seminar və praktik məşğələ keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva açaraq bu cür tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Daha sonra “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova çıxış edərək Mərkəzin fəaliyyətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin bütün bölgələri kimi Naxçıvanın da özünəməxsus mətbəx mədəniyyəti vardır. Milli yeməklərimizin hazırlanma qaydalarını mənimsəmək, həmin yeməklərdən vaxtaşırı hazırlayıb istifadə etmək bu yeməklərin unudulmaması və qorunaraq gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Vurğulanmışdır ki, hazırda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən qədim mətbəx nümunələrimizin öyrənilməsi istiqamətində sistemli iş aparılır.

Ardını oxu...

Naxçıvanın turizm nümayəndələri Tehranda keçirilən konqresdə iştirak ediblər

Oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, Qətər, Küveyt, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş və digər dövlətlərin təmsilçiləri qatılıb.

Tədbirdə İslam ölkələrinin turizm və səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib. 

Ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Naxçıvandan olan "Duzdağ" otelin direktoru Vurğun Səfərov və "Təbriz" otelin direktoru Mustafa Mustafayev Duzdağ barəsində, buradakı otellər və xidmətlər haqqında iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi bronxial asma xəstəliyinin müalicəsi üçün əvəzolunmaz yerdir.

"Nuhçıxan" İnformasiya Agentliyi

Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrə mühazirə keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 10 oktyabr 2019-cu il tarixdə “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf imkanları” mövzusunda mühazirə keçirilmişdir.

Tədbiri Naxçıvan” Universitetinin İqtisadiyyat Fakültəsinin dekan müavini Vaqif Hüseynov açaraq bu cür tədbirlərin tələbələr üçün böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Daha sonra Turizm Departamentinin baş məsləhətçisi Ülviyyə Cəfərova mühazirə mətni ilə çıxış etmişdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, “5000 ilin Naxçıvanı” adlı  videoçarx tələbələrə nümayiş etdirilmişdir.

 

 

 

Naxçıvana bir daha səyahət etdiyimə çox sevinirəm

Payız turizm mövsümünün başlaması ilə hər yerdə olduğu kimi, Naxçıvanda da turist axınının artması müşahidə olunur. Xüsusən soyuq Şimal ölkələrinin vətəndaşları bol Günəş, istiqəlbli insanlar görmək, dünyagörüşlərini daha da artırmaq üçün ölkəmizə səyahət etməkdə çox həvəslidirlər. Onlar arasında muxtar respublikamızı seçənlər də az deyil. Ötən həftəsonu Naxçıvana səyahət edən əcnəbilər arasında İsveçrə Konfederasiyası vətəndaşları ­Andre Enqetşuler və xanım İnqrit Kundertlə həmsöhbət olub təəssüratlarını öyrəndik. 

Azərbaycana bir neçə dəfə, Naxçıvana isə ikinci dəfə səyahət edən Andre Enqetşuler 67 yaşında olmasına baxmayaraq, Əlincə­qalanın zirvəsinə yenidən qalxmaqla, sanki gənc­ləşdiyini deyir. O, ötən ilin iyununda Naxçıvana ilk səfərində olduğu kimi, yenə də Duzdağa və müqəddəs Əshabi-Kəhf ziyarət­gahına baş çəkib. Qarabağlar türbəsi ilə tanışlıq onda dərin təəssürat yaradıb. 

Ardını oxu...

00366343
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
2
207
497
5487
366343

Tarix: 20-11-2019
Biz, sosial şəbəkələrdə: