"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq istehsalat təcrübəsi müddətində Naxçıvan Dövlət Universitetinin“Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi1999-cu il 18 fevral tarixdə yaradılmış və1999-cu il may ayının 10-da fəaliyyətə başlamışdır. Ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotoları burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən  kitab, qəzet və jurnallar, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında tələbələrə məlumat verilmişdir.

Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Muzeydəki dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla tələbələrə nümayiş etdirilmişdir.

Ekskursiyanın sonunda  tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

01008672
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
3
278
178299
184230
1008672

Tarix: 20-04-2024
Biz, sosial şəbəkələrdə: