"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə 

TƏDBİRLƏR PLANI

Tədbir

Əsas icra göstəriciləri

İcra müddəti

Əsas icraçı

Köməkçi icraçı

İNSTİTUTSİONAL BAZANIN YARADILMASI VƏ İNKİŞAF ETDİRİLMƏSİ

1

Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı işçi qrupunun yaradılması

  • Statistika və araşdırma, marketinq, turizm məhsullarının inkişafı, turizm infrastrukturunun inkişafı, təhsil və təlim, turizm sənayesi ilə iş  sahəsində işçi qrupunun yaradılması və mütəmadi görüşlərin təşkil edilməsi (ən azı rübdə bir dəfə)

2020-2023-cü illər

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm Şöbəsi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 2

Naxçıvan Muxtar Respublikasında sertifikatlaşma prosesinin təşkil edilməsi

  • Naxçıvan Muxtar Respublikasında ulduz sertifikatının verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılması.
  • Naxçıvan Muxtar Respublikasında bələdçilərə sertifikat verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılması.

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu

3

Yaradılacaq Turistlərə Yardım Mərkəzinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirilməsi

  • Turistlərin şikayətlərinin ölkə boyu idarə edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən bir nümayəndənin Turistlərə Yardım Mərkəzi ilə əlaqələndirilmiş şəkildə fəaliyyətinin təmin edilməsi.

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Turizm sənayesi və layihələrlə iş sektoru

 

4

“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin institutsional potensialının inkişaf etdirilməsi

  • Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin institutsional inkişafı üçün ekspert dəstəyi göstərilməsi.
  • “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin əməkdaşlarının təlim kurslarında iştirakının təmin edilməsi
  • Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin Azərbaycanda və xarici ölkələrdə keçirilən sərgi, festival və yarışlarda iştirakının təmin edilməsi

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

TURİZM POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1

Turizm resurslarının/məhsullarının qiymətləndirilməsi, mövcud turizm məhsullarının inkişafı və yeni unikal turizm məhsullarının hazırlanması ilə bağlı təkliflərin verilməsi

  • Naxçıvan Muxtar Respublikasına səfərlərin təşkil edilməsi.
  • Naxçıvan Muxtar Respublikasının turizm potensialı, habelə tarixi, mədəniyyəti, o cümlədən mədəni abidələri, təbiəti ilə bağlı müvafiq nəşrlərin çap edilməsi.
  • Müxtəlif turizm növləri üzrə turizm resurslarının hədəf bazarlarının ehtiyaclarına uyğun qiymətləndirilməsi.
  • Naxçıvan Muxtar Respublikasının turizm potensialının tam olaraq birgə qiymətləndirilməsi, yeni turizm məhsullarının təklif edilməsi, o cümlədən səfər zamanı aşağıdakıların nəzərdən keçirilməsi:
  1. Açıq hava, aktiv turizm, əyləncə turizmi fəaliyyətləri ilə bağlı turizm məhsullarının hazırlanması imkanları
  2. “Tarixi Naxçıvana səyahət” təcrübəsinin yaradılması imkanı
  3. Əlincəqala və Xanəgah Memarlıq Kompleksi ətrafında mistik turizm təcrübəsinin yaradılması imkanı
  4. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Nuh Peyğəmbərin Məzarüstü Türbəsi üzərindən dini turizm təcrübəsinin inkişaf etdirilməsi imkanı
  5. Gəmiqaya  qayaüstü təsvirləri ilə Qobustanın qayaüstü təsvirlərinin əlaqələndirilərək turizm marşrutu yaradılması imkanı
  6. “Naxçıvan türbələri” - Gülüstan, Möminə Xatın, Yusif Küseyir oğlu, Qarabağlar və s. türbələr ilə bağlı turizm marşrutunun yaradılması imkanı
  7. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat yaylası ərazilərində quş gözləmçiliyi marşrutlarının yaradılması imkanı
  8. Dağ keçiləri (tur) və qafqaz bəbirlərini müşahidə etmək üçün Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında müşahidə məntəqəsinin yaradılması imkanı
  9. Etno-qastroturizm  (Slow Food travel) turizm marşrutunun işlənilməsi imkanları
  10. “İpək yolu Naxçıvan” turizm marşrutunun işlənilməsi imkanları

2020-2023-cü illər

Azərbaycan Turizm Bürosu, Sənaye və Destinasiyanın İnkişafı Departamenti,

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

 

2

Turizm destinasiyasının idarə edilməsi ilə bağlı Fəaliyyət Planının hazırlanması

  • Naxçıvan Muxtar Respublikasında turizmin davamlı inkişafını təmin etmək üçün destinasiyanın idarəedilməsi planının hazırlanması və aidiyyatı qaydada təqdim edilməsi.

2020-2023-cü illər

Azərbaycan Turizm Bürosu, Sənaye və Destinasiyanın İnkişafı Departamenti,

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm Şöbəsi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

BEYNƏLXALQ BAZARLAR, MARKETİNQ VƏ KOMMUNİKASİYA

1

Naxçıvan Muxtar Respublikasının loqosunun, 6 dildə (türk, çin, fars, rus, ingilis, ərəb) promo nəşr materiallarının hazırlanması

  • Naxçıvan destinasiyasının “take another look” brendi və loqosuna uyğun olaraq özünəməxsus yerli destinasiya loqosunun hazırlanması.
  • 6 dildə promo materialların dizaynının hazırlanmasının Azərbaycan Turizm Bürosu tərəfindən təmin edilməsi.
  • 6 dildə promo materialların çap edilməsi

2020-ci il

Azərbaycan Turizm Bürosu, Brend və Marketinq Departamenti

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

2

İran İslam Respublikası və Türkiyə Respublikasının turoperatorları və səyahət agentliklərinin Naxçıvan Muxtar Respublikası ilə işləyən və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən turoperator və səyahət agentlikləri ilə əlaqələrinin qurulması

  • TÜRSAB və İran İslam Respublikasının Hava Nəqliyyatı və Səyahət Agentlikləri Assosiasiyası ilə Naxçıvana turist göndərən və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən səyahət agentlikləri və turoperatorlarla görüşün təşkil edilməsi
  • Hotellərin qiymətlərinin 6 ay əvvəl TÜRSAB və İran İslam Respublikasının Hava Nəqliyyatı və Səyahət Agentlikləri Assosiasiyasına təqdim edilməsinin təmin edilməsi.

2021-ci il

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

3

Daxili və gəlmə turizmlə məşğul olan yerli səyahət agentlikləri və turoperatorların Naxçıvan Muxtar Respublikasına səfərlərinin təşkil edilməsi

  • Yerli səyahət agentlikləri və turoperatorların Naxçıvan Muxtar Respublikasına hər il səfərlərinin təşkil edilməsi.

2020-2023-cü illər

Azərbaycan Turizm Bürosu, Sənaye ilə iş departamenti

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

4

Yerli media nümayəndələrini Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə tanış etmək üçün hər il səfərlərin təşkil edilməsi

  • Yerli media nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına hər il ən azı bir səfərinin təşkil edilməsi

2020-2023-cü illər

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Media və ictimaiyyətlə əlaqələr sektoru

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

5

Xarici media nümayəndələri və bloqerlərin Naxçıvan Muxtar Respublikasına səfərlərinin təşkil edilməsi

  • Xarici media nümayəndələri və bloqerlərin Naxçıvan Muxtar Respublikasına hər il ən azı bir səfərinin təşkil edilməsi

2020-2023-cü illər

Azərbaycan Turizm Bürosu, Brend və marketinq departamenti

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

 

6

Naxçıvan Muxtar Respublikasının beynəlxalq sərgilərdə (roadshow) təmsil olunması

  • Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə Azərbaycan Turizm Bürosunun iştirak edəcəyi sərgilərin siyahısının göndərilməsi.
  • Siyahı üzrə müəyyən edilmiş sərgilərdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşlarının, eləcə də Departament tərəfindən tövsiyə edilən hotel və turoperatorların iştirakının təmin edilməsi.

2020-2023-cü illər

Azərbaycan Turizm Bürosu, Beynəlxalq Bazarlarla iş Departamenti, Sənaye və Destinasiyanın İnkişafı Departamenti

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

7

Naxçıvan Muxtar Respublikasının onlayn marketinq kanalları vasitəsi ilə təqdimatının gücləndirilməsi

  • Naxçıvan  Muxtar Respublikası haqqında olan materialların onlayn marketinq kampaniyalarına inteqrasiya edilməsi.

2020-2023-cü illər

Azərbaycan Turizm Bürosu, Beynəlxalq Bazarlarla iş Departamenti

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

8

Naxçıvan Muxtar Respublikası haqqında olan materialların yerli və xarici telekanallarda təqdim olunacaq promo videoçarxların məzmununa inteqrasiya edilməsi

  • Naxçıvan Muxtar Respublikası haqqında olan materialların ölkə ilə bağlı hazırlanacaq və xarici telekanallarda göstəriləcək promo videoçarxların məzmununa inteqrasiya edilməsi.

2020-2023-cü illər

Azərbaycan Turizm Bürosu, Brend və Marketinq Departamenti

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

9

Naxçıvan Muxtar Respublikası ilə bağlı materialın azerbaijan.travel internet səhifəsinə daxil edilməsi

  • Azerbaijan.travel səhifəsinə Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı materialın daxil edilməsi.

2020-2021-ci illər

Azərbaycan Turizm Bürosu, Brend və Marketinq Departamenti

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA HAVA NƏQLİYYATININ İNKİŞAF ETDİRİLMƏSİ

1

Naxçıvan Beynəlxalq Hava Limanına beynəlxalq uçuşların təşviq edilməsi ilə bağlı qanunvericiliyə təkliflərin verilməsi

  • Xarici hava yolu şirkətlərinin uçuşlarının Azərbaycan Respublikasında bütün hava limanlarına, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanına təşkil edilməsi ilə bağlı qanunvericiliyə təkliflərin verilməsinin təmin edilməsi.

2020-2021-ci illər

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Turizm sənayesi və layihələrlə iş sektoru

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

TURİZM MƏHSULLARININ HAZIRLANMASI

Mədəni turizm

I.               Turizm marşrutlarının hazırlanması

1

“Nuhun gəmisi” turizm məhsulunun hazırlanması

  • Turizm məhsulu hazırlanarkən beynəlxalq ekspert rəyinin nəzərə alınması.
  • Turizm məhsulunun turoperatorlara və səyahət agentliklərinə təqdim edilməsi.
  • Turizm məhsulu üzrə fəaliyyət göstərən sahibkarlara təlimlərin keçirilməsi.
  • Ehtiyac olduğu təqdirdə, turizm məhsulu ilə bağlı infrastruktur işlərin görülməsi.

2020-ci il

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Turizm Bürosu, Sənaye və Destinasiyanın İnkişafı Departamenti,

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi

II.            Yeni turizm təcrübələrinin yaradılması

1

Naxçıvan Muxtar Respublikasında turizm əhəmiyyətli mədəni abidənin UNESCO-nun Ümumdünya İrsi siyahısına salınması üçün işlərin görülməsi

  • Turizm əhəmiyyətli mədəni abidələrin UNESCO-nun Ümumdünya İrsi siyahısına salınması üçün işlərə başlanılması və lazımi sənədlərin müraciət üçün ünvanlanması
  • UNESCO-nun Ümumdünya İrsinin ilkin siyahısına salınmış Ordubad Tarixi  Şəhərinin nominasiya faylının hazırlanması perspektivinin nəzərdən keçirilməsi

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Qoruqları İdarəetmə Mərkəzi

 

2

Naxçıvan Muxtar Respublikasının özünəməxsus dəyərlərini əks etdirən suvenirlərin hazırlanması

  • Azərbaycan Turizm Bürosu tərəfindən Naxçıvan Muxtar Respublikasına aid suvenir dizaynlarının hazırlanıb təqdim edilməsi.

2020-2022-ci illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Turizm Bürosu, brend və marketinq departamenti

III.          Sağlamlıq Turizmi

 

 

 

 

 

1

Duzdağ turizm məhsulunun inkişaf etdirilməsi

 

  • Duzdağ Fizioterapiya Mərkəzində mövcud vəziyyət yenidən qiymətləndirildikdən sonra Duzdağ turizm məhsulunun inkişaf etdirilməsi üçün təkliflərin verilməsi. 
  • Duzdağ təcrübəsinin mineral bulaqlardan su içmə təcrübəsi ilə əlaqələndirilməsi (Badamlı, Sirab, Vayxır və s.) üçün işlərin görülməsi.
  • Duzdağa aid suvenirlərin hazırlanması və ya mineral suların suvenir kimi turistlərə təqdim edilməsi üçün işlər görülməsi.
  • Sağlamlıq turizmi ilə bağlı standartların hazırlanmasına Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşlarının cəlb edilməsi.

2020-ci il

Azərbaycan Turizm Bürosu, Turizm məhsulunun inkişafı sektoru, destinasiyanın idarəedilməsi sektoru, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

IV.           Qış turizmi

 

 

 

1

Ağbulaq Xizək Mərkəzinin turizm məhsulu kimi inkişaf etdirilməsi

  • Ağbulaq Xizək Mərkəzinə səfər təşkil edilməsi.
  • Ağbulaq Kənd Turizm İstirahət Bölgəsində qış turizminin daha da inkişaf etdirilməsi üçün təkliflərin verilməsi.
  • Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi ilə Şahdağ Turizm Mərkəzi arasında təcrübə mübadiləsinin təşkil edilməsi.
  • Ağbulaq Xizək Mərkəzinin “skiazerbaijan” platformasına inteqrasiya edilməsi

2020-ci il

Azərbaycan Turizm Bürosu, Turizm məhsulunun inkişafı sektoru, Destinasiyanın idarəedilməsi sektoru,

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

  1. V.             Ekoturizm

 

1

Dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) hazırlanması

  • Dağ piyada marşrutlarının qurulması ilə bağlı Azərbaycan Respublikasının regionlarında əldə edilmiş təcrübə və materialların Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə təqdim edilməsi.
  • Ehtiyac olduğu təqdirdə, dağ piyada marşrutlarının müəyyən edilməsi üçün özəl tərəfdaşların tapılması istiqamətində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən dəstək göstərilməsi.
  • Ehtiyac olduğu təqdirdə, dağ piyada marşrutlarının müəyyən edilməsi üçün səfərlərin təşkil edilməsi və dağ piyada marşrutlarının müəyyən edilməsi, o cümlədən Şahbuz, Ordubad rayonlarında, həmçinin Batabat yaylası ərazisində dağ piyada marşrutlarının yaradılması imkanlarının dəyərləndirilməsi.
  • Ehtiyac olduğu təqdirdə, dağ piyada marşrutları üçün işarələmə infrastrukturu və sığınacaq evlərin (dağ evləri) quraşdırılması

2020-2021-ci illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi,

Azərbaycan Turizm Bürosu, Turizm məhsullarının inkişafı sektoru

VI.           Tədbir turizmi

 

 

 

1

Festivalların təşkil edilməsi

 

  • Naxçıvan Muxtar Respublikasının özünəməxsusluğunu əks etdirən festival konsepsiyasının işlənib hazırlanması
  • Naxçıvan Muxtar Respublikasında hər il festivalların təşkil edilməsi

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Turizm Bürosu, Turizm məhsullarının inkişafı sektoru, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi,

Azərbaycan Konqreslər Bürosu

TURİZM İNFRASTRUKTURUNUN QURULMASI

 

1

Turizm məlumatverici nişanların Naxçıvan Muxtar Respublikasında quraşdırılması

  • Turizm məlumatverici nişanlar barəsində konseptual sənədlərin, habelə quraşdırma ilə bağlı təlimatların Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilməsi.
  • Ehtiyac olduğu təqdirdə, turizm məlumatverici nişanların quraşdırılması işinin Naxçıvan Muxtar Respublikası tərəfindən təşkil edilməsi.

2020-2022-ci illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Turizm Bürosu, Sənaye və Destinasiyanın İnkişafı Departamenti, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi

 

 

2

“Gözəl kənd” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının kəndlərində turizm infrastrukturunun qurulması ilə bağlı bir sıra investisiya layihələrinin hazırlanması

  • Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “gözəl kənd” layihəsi ilə bağlı görülmüş işlərin təqdim edilməsi.
  • Ehtiyac olduğu təqdirdə, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən turizm potensialı olan 10 kəndin araşdırılması, 5 kəndin seçilməsi və həmin kəndlərdə turizm infrastrukturunun qurulması ilə bağlı 5 investisiya layihəsinin dövlət investisiyalarının cəlb edilməsi üçün hazırlanması.
  • Layihələr hazırlanarkən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən ekspert dəstəyinin göstərilməsi.

2020-2021-ci illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi

 

3

Naxçıvan şəhərinin turizm ərazi planlamasının işlənməsi və layihənin aidiyyatı qaydada təqdim edilməsi

  • Naftalan və Şamaxı şəhərlərinin turizm ərazi planlaması ilə bağlı layihələrin Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə təqdim edilməsi.
  • Ehtiyac olduğu təqdirdə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin heyəti tərəfindən, Naxçıvan Muxtar Respublikasına səfər təşkil edilməsi, 3 ay ərzində turizm ərazi planlaması ilə bağlı layihə hazırlanması.

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Mədəni İrs və Regional Turizm şöbəsi

STANDARTLAŞDIRMA, SERTİFİKATLAŞDIRMA, TƏHSİL VƏ TƏLİM

 

1

Naxçıvan Muxtar Respublikasında hotellərin ulduz sertifikatlaşmasının həyata keçirilməsi

  • Naxçıvanda olan bütün hotellərin ulduz sertifikatlaşmasından keçirilməsi.

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Turizm Bürosu

2

Naxçıvan Muxtar Respublikasında bələdçilərin sertifikatlaşmasının təmin edilməsi

  • Naxçıvan Muxtar Respublikasında bələdçi fəaliyyəti ilə məşğul olan bələdçilərin bələdçi sertifikatı almasının təmin edilməsi.

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Turizm Bürosu

3

Naxçıvan Regional Peşə Tədris Mərkəzi  nəzdində turizmlə bağlı peşə kurrikulumlarının hazırlanması

  • Ehtiyac olan peşə ixtisasların müəyyən edilməsi.
  • Ehtiyac olan peşə ixtisaslar üzrə uzunmüddətli və qısamüddətli kurrikulumlar hazırlanması.
  • Ehtiyac olan peşə ixtisaslar üzrə uzunmüddətli təhsil proqramları təşkil edilməsi.
  • Ehtiyac olan peşə ixtisaslar üzrə qısamüddətli təhsil proqramları təşkil edilməsi.
  • Kurrikulumların hazırlanması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən ekspert dəstəyi göstərilməsi.

2020-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Təhsil və təlim sektoru

4

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin turizm sənayesi və yerli əhali üçün təşkil edəcəyi təlim və dil kurslarında Naxçıvan Muxtar Respublikasının nəzərə alınması

  • Hər il sənaye üçün təlim baş tutacağı təqdirdə,
    • 25 hotel, ictimai iaşə sahəsində olan personala təlimlərin keçirilməsinin təmin edilməsi.
    • 25 hotel, ictimai iaşə sahəsində olan personala dil kursları təşkil edilməsi.
  • Hər il yerli əhali üçün təlim baş tutacağı təqdirdə,
    • Qonaqlama xidməti göstərən kənd evi sahiblərinə təlimlər təşkil edilməsi.

2020-2023-cü illər

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Təhsil və təlim sektoru, Mədəni irs və Regional turizm şöbəsi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

 

5

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə beynəlxalq təşkilatların (donorların) icra etdiyi müştərək turizm inkişaf layihələrinin fəaliyyətlərinin Naxçıvan Muxtar Respublikasında dəstəklənməsi

  • Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi xətti ilə ən azı bir beynəlxalq donorun inkişaf layihələrinin Naxçıvan Muxtar Respublikasında reallaşdırılması imkanlarının nəzərdən keçirilməsi.

2021-2023-cü illər

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Təhsil və təlim sektoru, Mədəni irs və Regional turizm şöbəsi

 

 

6

Naxçıvan Muxtar Respublikasında turizm könüllülərinin fəaliyyətinin dəstəklənməsi

  • Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılmış “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında  dəstəklənməsi.
  • Naxçıvandan 50-yə yaxın könüllünün təşkilat sıralarına cəlb edilməsi.
  • Turizm könüllüləri üçün təlimlərin keçirilməsi.

2020-2023-cü illər

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,

Təhsil və təlim sektoru

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

 

7

Naxçıvan ilə Azərbaycanın digər turizm destinasiya təşkilatları (Şəki, Quba və s.) arasında təcrübə mübadiləsinin təşkili

  • Naxçıvan Muxtar Respublikasının turizm sektorunda fəaliyyət göstərən qurumların ən azı 10 nümayəndəsinin Quba, Şəki, Gəncə və Lənkəran şəhərlərinə səfərlərinin təşkil edilməsi.

2020-2023-cü illər

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,  Mədəni İrs və Regional Turizm Şöbəsi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

01010640
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
364
533
1417
186198
1010640

Tarix: 24-04-2024
Biz, sosial şəbəkələrdə: