"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı işlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dünyanın bir çox ölkələrində turizmin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanda da turizmin inkişafı sahəsində tədbirlər görülür. Bu sahə ilə bağlı dövlət proqramı qəbul olunub və müvafiq qurum yaradılıb. Bu gün Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da turizm üçün çox əlverişlidir. Ona görə də muxtar respublikada mövcud imkanlardan səmərəli istifadə olunur, turizm bölgələri yaradılır və kəndlər abadlaşdırılır”.

Ardını oxu...

Böyük Britaniyanın “Wanderlust” jurnalında Naxçıvanla bağlı məqalə dərc olunmuşdur

Böyük Britaniya vətəndaşı Alan Amosun təşəbbüsü ilə Londonda nəşr olunan “Wanderlust” jurnalının yanvar sayının 69-cu səhifəsində Naxçıvan Muxtar Respublikası barədə “Unudulmuş bir ərazini yenidən kəşf edin” başlıqlı məqalə dərc edilmişdir. 
Məqalədə qeyd olunur ki, dünyada elə ərazilər var ki, səyahətçilər həmin yerləri, sadəcə, görmürlər. Həmin ərazilər böyük millətlərin cəhdləri, ərazi mübadiləsi və hər iki tərəfin asanlıqla nail olduqları sövdələşmə nəticəsində ayrı salınmışdır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan coğrafi cəhətdən başqa dövlətlərin əhatəsində qalan belə yerlərdəndir. Bura Osmanlı İmperiyasının tabeliyinə keçmiş və 1990-cı ildə kommunist əsarətindən azad olunana qədər Sovetlər Birliyinin tərkibində olmuşdur. Naxçıvanı qədim tarixi məkan kimi tanıyan Regent Holidays şirkəti bu diyara səyahətlər təklif edir. Səyahətə Nuh Peyğəmbərin məzarüstü türbəsi, qədim duz mədənlərində yaradılmış sanatoriyalar və orta əsr abidələri daxildir. Səyahətçilər Batabatdan başlayaraq gün ərzində Alp çəmənliklərini, üzən adaları və müqəddəs “Qurani-Kərim”də 7 nəfərin sığındığı qeyd olunan “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini görə bilərlər. Əsas məsələ bu torpağa ayaq basmaqdır.

Ardını oxu...

Fotoovçuluq haqqında nə bilirik və ya sakit ov

Təbii sərvətlərlə zəngin olan muxtar respublikamızda son illər həyata keçirilən məqsədyönlü tədbirlər hesabına diyarımızın florası xeyli genişlənib. Bunun nəticəsidir ki, əgər 20-25 il əvvəl muxtar respublikamızda yaşıllıq sahələri 0,6 faiz təşkil edirdisə, bu gün həmin rəqəm 14 faizə yüksəlib. 

Həmin yaşıllıq ərazilərdə yaradılan qoruqlar, yasaqlıqlar da bu məqsədə xidmət edir və muxtar respublika ərazisinin 27 faizi ekoloji tarazlığın qorunması üçün xüsusi mühafizə altındadır. Hazırda muxtar respublikada xüsusi mühafizə olunan təbiət əraziləri – Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, “Arpaçay”, “Arazboyu”, Ordubad Dövlət Təbiət yasaqlıqları və Şahbuz Dövlət Təbiət Qoruğu fəaliyyət göstərir. Bu ünvanlar həm də qədim Naxçıvanın zəngin flora və faunası haqqında geniş bilgilər vermək baxımından diqqəti çəkir. Ona görə də həmin ərazilər ölkəmizin digər bölgələrindən gələn qonaqların və xarici turistlərin cəlb edilməsində mühüm rola malikdir. 

Ardını oxu...

Tələbələr "Qafqaz Turizm"də olublar

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Qafqaz Turizmdə olublar.

Burada Qafqaz Turizmin əməkdaşı tərəfindən bu turizm firmasının fəaliyyəti, iş prinsipi barədə ətraflı məlumat verilib və vurğulanıb ki, Qafqaz Turizm müştərilərin turizmlə bağlı ehtiyaclarını qarşılamaq məqsədi ilə müxtəlif turlar təşkil edir, tur bələdçilərlə, hava yolu və avtobus şirkətləri ilə, daxili və xarici mehmanxanalarla əməkdaşlıq edir. Tələbələr daxili və xarici turlardan sağlamlıq turizminə, təyyarə və avtobus bilet təminatından təşkilati xidmətlərə qədər bütün xidmətlərin təşkili barədə məlumat alıblar.

Həmçinin, sektordakı yenilikləri izləyərək, fərdi və təşkilati formada inkişaf edərək müştərilərə gülər üzlə, yüksək səviyyəli xidmət etməyin önəmi vurğulanıb.

 

Qazaxıstanda “Duzdağ günləri” adlı beynəlxalq konfrans keçirilib

Qazaxıstanın Astana şəhərində “Duzdağ günləri” adlı beynəlxalq konfrans keçirilib. Əvvəlcə Naxçıvanın qədim tarixi və bugünkü inkişafı, eləcə də Naxçıvan Duz dağı ilə bağlı film nümayiş olunub, duz kristalları, Duzdağ Fizioterapiya Mərkəzinin və Duzdağ Hotelinin fəaliyyətindən bəhs edən kataloq, broşür və digər əyani vəsaitlər sərgilənib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Piri Nağıyev konfransda çıxış edərək Naxçıvanın qədim tarixindən və bugünkü inkişafından danışıb, muxtar respublikada turizm sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib. “Duzdağ” Hoteli və Fizioterapiya Mərkəzinin həkimi Nazim İbrahimli isə Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib, ilin bütün fəsillərində mərkəzə müraciət edən xəstələrin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığını bildirib.

Ardını oxu...

Tələbələr Hüseyn Cavidin ev muzeyində olublar

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Hüseyn Cavidin ev muzeyində olublar.

Qeyd olunub ki, muzey 1981-ci ildə romantik Azərbaycan ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu evdə təşkil olunmuşdur. Fondunda 9365 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və  proqramları, müxtəlif xatirə və ev əşyaları var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri, Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri də sərgilənir.

Muzeyin ekspozisiyası ilə tanışlıqdan sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

00299386
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
124
157
512
4575
299386

Tarix: 23-01-2019
Biz, sosial şəbəkələrdə: