"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələr təcrübə müddətində Naxçıvan Dövlət Rəsm Qalareyasında olmuşlar

Muxtar respublikada sənətkarların yaratdıqları əl işlərinin qorunub saxlanılması, onların yerli və xarici qonaqlara nümayiş etdirilməsi diqqətdə saxlanılır. Məhz bu cür məkanlardan biri muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyasıdır ki, burada müxtəlif rəssamların rəsmləri buraya gələn qonaqlara nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq 17 mart 2023-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin rəssamların əl işləri ilə tanış olmaları məqsədilə Naxçıvan Dövlət Rəsm Qalereyasına ekskursiyası təşkil olunmuşdur.

Ekskursiya zamanı tələbələrə Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verilmişdir. Bildirmişdir ki, 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın əsas məqsədi rəssamların əl işlərinin qorunub saxlanması, eyni zamanda gələcək nəsillərə çatdırılmasından ibarətdir.

Vurğulanıb ki, qalereyanın fondunda 150-dən çox rəssamın 500-ə yaxın əsəri mövcuddur və ekspozisiyada görkəmli fırça ustalarının mənzərə, kompozisiya və müxtəlif janrlarda çəkilmiş dəyərli rəsm əsərləri nümayiş olunur.

Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyində tələbələrə məlumat verilib ki, miniatür kitab kolleksiyalarının müəllifi Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, filoloq, miniatür Zərifə Salahovadır. Onun müəllifi olduğu kolleksiya 2015-ci ildə “Ginnesin rekordları kitabı”na düşüb. Vurğulanıb ki, Miniatür Kitab Muzeyi ölkəmizdə III filial kimi fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, 1086 nüsxə miniatür kitabın nümayiş olunduğu muzeydə müxtəlif kitablar, foto və diplomlar sərgilənir. Burada həmçinin ölkədə nəşr edilən mini, nadir və dini miniatürlər nümayiş etdirilir.
Bildirilib ki, yerli sakinlərlə yanaşı, muxtar respublikamıza ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici turistlər də qalereyanı böyük maraqla ziyarət edirlər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

01011434
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
144
385
2211
186992
1011434

Tarix: 27-04-2024
Biz, sosial şəbəkələrdə: