"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılacaq

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib. Bu, muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə olacaq. 

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlərdə muxtar respublikanın mədəniyyətinin, onun zəngin turizm potensialının tanıdılması ilə yanaşı, həm də istehsal olunan məhsullarımızın təkcə İslam ölkələrində deyil, eyni zamanda dünyanın bir çox ölkələrində təbliği baxımından əhəmiyyətlidir. Bu baxımdan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılan “Naxçıvan Məhsulları” MMC-nin istehsalı olan və nəfis şəkildə qablaşdırılmış hədiyyəlik meyvə qurusu məhsulları şəhərimizə gələn turistlər və yerli sakinlər tərəfindən maraqla qarşılanacaq.

Ardını oxu...

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilən iclasında Tədbirlər Planı təsdiq olunmuş və icrasına başlanılmışdır. Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılmışdır.

Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 2018-ci il yanvarın 13-dən istifadəyə verilmişdir.

İnternet səhifəsi 8 əsas və 27 alt bölmədən ibarətdir. “Ana səhifə” bölməsi “Rəsmi sənədlər” və “Tədbirlər” alt bölmələrindən ibarətdir. “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı “Rəsmi sənədlər” bölməsində yerləşdirilmişdir. “Tədbirlər” bölməsində isə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həllinə dair məlumatlar əksini tapmışdır.

Saytın “Naxçıvan haqqında” başlıqlı əsas bölməsi “Naxçıvan Muxtar Respublikası”, “Təbiəti”, “Şəhər və rayonları” alt bölmələrindən ibarətdir. Bu bölmələrdə muxtar respublikanın tarixi, fauna və florası, inzibati ərazi bölgüsü, nəqliyyat infrastrukturu, inzibati binaları, konsert-tamaşa, təhsil müəssisələri və digər sahələr haqqında məlumatlar yerləşdirilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına həsr edilmiş poçt markası və zərf tədavülə buraxılmışdır

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin həmin il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıqla bağlı görüləcək işlərin istiqaməti müəyyənləşdirilib, Tədbirlər Planının layihəsi müzakirə olunub.

Ardını oxu...

01008779
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
110
278
178406
184337
1008779

Tarix: 20-04-2024
Biz, sosial şəbəkələrdə: