"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Otel Qrand Naxçıvan” və Ağbulaq İstirahət Mərkəzinə Milli ulduz təsnifatına uyğun sertifikatlar təqdim edilib.

29 noyabr 2022-ci il tarixdə muxtar respublikada fəaliyyət göstərən turizm sənayesi nümayəndələri və turizm könüllülərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Otel Qrand Naxçıvan”a və Ağbulaq İstirahət Mərkəzinə Milli ulduz təsnifatına uyğun sertifikatların təqdimat tədbiri keçirilib. 

Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov ilk öncə muxtar respublikada dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğıdan, eyni zamanda muxtar respublikanın turizm potensialından bəhs etmiş, sonra qeyd etmişdir ki, bu gün muxtar respublikada yerləşdirmə obyektlərinə olan tələbatı ödəmək məqsədilə 21 mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir. Böyük turizm potensialına malik olan qədim diyarımızda dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu icrası nəticəsində bu sahədə davamlı inkişafa nail olunmuş, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter almışdır.

 

 Qeyd olunmuşdurki, muxtar respublikada fəaliyyət göstərən hotellərin daha sağlam rəqabət aparması, müvafiq mehmanxana və mehmanxanatipli obyektlərin seçimində istehlakçıya köməyin göstərilməsi, mehmanxana və mehmanxanatipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirməsi meyarlarının müəyyən edilməsi və tətbiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli 131 nömrəli Qərarı ilə təsdiq olunmuş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq yaradılmış “Ekspert qrupu” tərəfindən“Otel Qrand Naxçıvan”a və Şahbuz rayon Ağbulaq kəndində yerləşən Ağbulaq İstirahət Mərkəzinə baxış keçirilmişdir. Hotel və istirahət mərkəzinin təklif etdikləri xidmətlər adı çəkilən standartdakı meyarlara uyğunluğu əsas götürülərək müvafiq ulduz dərəcələri ilə qiymətləndirilmiş və sertifikatlar hazırlanmışdır.

Direktor qeyd etmişdir ki, sertifikatın verilməsi üçün ekspert qrupu tərəfindən qiymətləndirmənin nəticələri qrup üzvləri tərəfindən akt formasında tərtib edilmiş və imzalanmış, sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi üçün attestasiya komissiyasına təqdim olunmuşdur. Attestasiya komissiyası tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qayda, metod və mexanizmlər əsasında mehmanxanalarda ulduz kateqoriyalarının qiymətləndirilməsi həyata keçirilmişdir. Komissiya sertifikatlaşdırma fəaliyyətində uyğunluğun qiymətləndirilməsi zamanı qərarların qəbul edilməsində qərəzsizliyin, maraqların toqquşması hallarının qarşısının alınması və sertifikatlaşdırmanın obyektivliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görmüşdür. Sertifikatın qüvvədəolma tələblərinə riayət edilməsinə nəzarət Departament tərəfindən sertifikatın qüvvədə olduğu müddətdə obyektdə sertifikatlaşdırmanın tələblərinin yerinə yetirilməsinə dair müfəttiş nəzarəti vasitəsilə həyata keçirilir. Sertifikatlaşdırılmış obyektlərə nəzarətin keçirilməsi zamanı sertifikatlaşdırılmış parametrlərlə normativ sənədlərin tələbləri arasında uyğunsuzluq aşkar edilərsə, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması, sertifikatın qüvvəsinə xitam verilməsi və sertifikatlaşdırma prosedurlarının yenidən aparılması haqqında qərar qəbul olunur. Sertifikatın qüvvədə olma müddəti üç ildir.

Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri, ekspert qrupunun rəhbəri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş standartların tələblərinə  əsasən həyata keçirilir. Qeyd olunmuşdur ki, müxtəlif tarixlərdə Ağbulaq İstirahət Mərkəzi və Otel Qrand Naxçıvanın məsul şəxsləri ulduz kateqoriyalarının müəyyənləşdirilməsi üçün Departamentə ərizə ilə müraciət etmişdir. Müraciətə əsasən müvafiq sənədlərin qəbulu, ilkin yoxlanılması və qeydiyyatı aparılmış,yaradılmış ekspert qrupunun üzvləri tərəfindən Otel Qrand Naxçıvana vəAğbulaq İstirahət Mərkəzinə AZS 745-2015 Azərbaycan Respublikası Dövlət Standartının tələblərinə uyğunluğunu yoxlamaq üçün ekspert baxışı keçirilmişdir.

Məruzəçi qeyd etmişdir ki,baxış zamanı obyektin təsnifatı müəyyənləşdirilmiş məlum olmuşdur ki, baxış keçirilən obyektlər Turizm haqqında Azərbaycan Respublikasının Qanununun 1.1.21-ci bəndinə əsasən yerləşmə vasitəsi olan mehmanxanadır.Mehmanxana (hotel)  qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı 1 dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 (on bir) olan yerləşmə vasitəsidir ki, bunlar Otel Qrand Naxçıvan və Ağbulaq İstirahət Mərkəzində təmin olunub. Belə ki, bütün nömrələrdə çarpayı, yumşaq mebel dəsti, televizor, minibar, elektrikli çaydan, elektron seyf, çap məhsulları, telefon, şkaf, paltar asılqanı, tikiş dəsti, yazı vasitələri və qeyd kitabçası, diş pastası, təraş dəsti, daraq, sabun, bone, şampun, duş jeli, makyaj pambığı, manikür dəsti, xalat, dəsmal, fen və təmizlik qutuları qoyulmuşdur. Eyni zamanda internet, yanğın siqnalizasiya, mərkəzi isitmə və soyutma sistemləri mövcuddur.Ümumiyyətlə bütün nömrələr standartın tələblərinə müvafiq, 3və 4 ulduz kateqoriyasına uyğun gələn mebel və avadanlıqlarla, bərk və yumşaq inventarlarla, qonağın hər cür ehtiyaclarını təmin edəcək əşyalarla təchiz edilmişdir. Avadanlıqlar istər funksionallıq, istərsə dəinteryerbaxımından gözoxşayandır.  Vurğulanmışdır ki, baxış zamanı qiymətləndirmə meyarları üzrəminimal ballarla əlavə ballar toplanmış“Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi.” AZS 745-2015 Azərbaycan Respublikası Dövlət Standartının tələblərinə müvafiq olaraq Otel Qrand Naxçıvan 3, Ağbulaq İstirahət Mərkəzi 4 ulduzkateqoriyasına layiq görülmüşdür.

Məruzəçi qeyd etmişdir ki, növbəti aylarda da mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyasının müəyyənləşdirilməsi növbəlilik prinsipi əsasında davam etdiriləcəkdir.

Sonra hotel nümayəndələrinə ulduz kateqoriyalarına görə  müvafiq olaraq uyğunluq sertifikatları təqdim edilmişdir.

Tədbirin sonunda iştirakçılar üçün Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

01010833
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
112
445
1610
186391
1010833

Tarix: 25-04-2024
Biz, sosial şəbəkələrdə: