"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində tələbələrlə görüş keçirilmişdir.

17 fevral 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin 17 fevral 2023-cü il tarixdən 31 may 2023-cü il tarixədək keçəcəkləri istehsalat təcrübəsi ilə bağlı görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Departamentin direktoru Əkbər Novruzov açaraq istehsalat təcrübəsinin tələbələr üçün əhəmiyyətindən danışmış, bildirmişdir ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. Bu təcrübələrin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir. Qeyd olunmuşdur ki, turizm sahəsində kadr yetişdirmək, gələcəkdə onların bəhrəsini görmək üçün dövlətimiz tərəfindən lazımi işlər görülməkdədir. Muxtar respublikamızın zəngin turizm ehtiyatları əsasında güclü turizm sənayesi yaratmaq qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir.

Odur ki, yurdumuzun hər guşəsində turistləri özünə cəlb edən zənginliklərdən bacarıqla istifadə edə biləcək kadrların və kadr hazırlığı müəssisələrinin üzərinə böyük vəzifələr düşür.

Vurğulanmışdır ki, Departamentin əməkdaşları tərəfindən mütəmadi olaraq tələbələrlə görüşlər, müxtəlif mövzularda seminar və konfranslar keçirilir, onların daim ekskursiyalarda iştirakı təşkil olunur.

Direktor təcrübədə tələbələrin praktiki bacarıqlarının inkişafına və ixtisaslı bir turizm işçisi kimi formalaşmalarına xüsusi diqqət yetiriləcəyini, təcrübə prosesində tələbələrin fəallıq göstərməsinin vacibliyini vurğulayaraq onlara uğurlar arzulamışdır.
Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, təcrübə rəhbəri Nigar Bababəyli çıxış edərək bildirmişdir ki, istehsalat təcrübəsinin əsas məqsədi ali təhsil müəssisələrində nəzəri təlim illərində qazanılmış biliklərin genişləndirilməsi, sistemləşdirilməsi, təkrarlanması, peşə bacarıqlarının əldə edilməsi, təkmilləşdirilməsi və onların istehsalatda tətbiq edilməsidir.
İstehsalat təcrübəsi çağdaş pedaqoji prosesdə biliklərin əldə edilməsinin vacib və ayrılmaz forması olmaqla yanaşı bütün ixtisaslar üzrə tələbələrin tədris planının vacib bir hissəsidir. Bu dövrdə tələbə gələcəkdə rastlaşacağı peşə mühitinə daxil olur.
Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək istehsalat təcrübəsinin proqramı haqqında tələbələrə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təcrübə müddətində tələbələrin Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və tabeliyində olan müəssisələrin, eləcədə Naxçıvan şəhərində yerləşən muzeylərin, həmçinin muxtar respublikada fəaliyyət göstərən mehmanxanaların və turoperatorların fəaliyyəti ilə tanışlığı təmin ediləcəkdir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxa baxış keçirilmişdir.

01010873
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
152
445
1650
186431
1010873

Tarix: 25-04-2024
Biz, sosial şəbəkələrdə: