"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən 8-11 iyun 2023-cü il tarixlərdə Şəki rayonunda “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üzrə təlim düşərgəsi” təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən 8-11 iyun 2023-cü il tarixlərdə Şəki rayonunda “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üzrə təlim düşərgəsi” təşkil olunmuşdur. Həmin təlim düşərgəsində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov iştirak etmiş və yüksək nəticə göstərərək sertifikatla təltif olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti olaraq qeyd olunan təlimdə nailiyyət əldə etmiş əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. Qeyd edək ki, təlimlər təməl dağçılıq və bələdçilik, zəhərli ilanlar və həşəratlar, təbiətdə ilk yardım, Azərbaycan florası və göbələklər, quş müşahidəsi və səmtimüəyyənetmə olmaqla mütəxəssislər tərəfindən keçirilmişdir.

01011958
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
331
2735
187516
1011958

Tarix: 29-04-2024
Biz, sosial şəbəkələrdə: