"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələr Ədəbiyyat Muzeyində olublar

Dekabrın 13-də Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olublar.

Muzeylə tanışlıq zamanı tələbələrə bildirilib ki, 1966-cı ildə yaradılmış muzeyin fondunda 20329 eksponat var. Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet, jurnal, xatirə əşyaları və digər muzey materialları barədə ətraflı məlumat verilib. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir. Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və  heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də  vardır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, növbəti günlərdə tələbələrin muxtar respublikada yerləşən digər muzeylərlə də yaxından tanışlığı nəzərdə tutulur. Bu işdə məqsəd tələbələrin muzey işinin təşkili və fəaliyyət prinsipləri barədə məlumatlandırılmasıdır.

00299402
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
140
157
528
4591
299402

Tarix: 23-01-2019
Biz, sosial şəbəkələrdə: