"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələr “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.

Tələbələrə muzey haqqında məlumat verilərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir. Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır. 

Tələbələr  muzeydə olan eksponatlarla yaxından tanış olmuş, burada onlara məlumat verilmişdir ki, muzeyin fondunda 504 eksponat vardır. E. ə. V minilliyə aid təsərrüfat küpü, e. ə. V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

00299393
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
131
157
519
4582
299393

Tarix: 23-01-2019
Biz, sosial şəbəkələrdə: