"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri NaxçıvanTurizm İnformasiya Mərkəzində ekskursiyada olublar

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Təhsil və mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri NaxçıvanTurizm İnformasiya Mərkəzində ekskursiyada olublar.

Ekskursiyanın keçirilməsində məqsəd  uşaqların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, onlara doğma vətənini sevdirmək, tarixi abidələrlə tanış etmək, yeniyetmələrə vətəndaşlıq hissləri aşılamaq, tariximizi özündə əks etdirən eksponatlar haqqında məlumat vermək, tariximizi unutmamaq və onu gələcək nəsillərə ötürməkdən ibarətdir.

Mərkəzin baş məsləhətçisi Sona İsmayılova Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılmasından və onun vəzifələri haqqında dərnək üzvlərinə məlumat verdi. Qeyd edildi ki, mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi Zaviyə-Mədrəsə binasında davam etdirir.

Həmçinin o da qeyd edildi ki, NaxçıvanTurizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Mərkəzə müraciət edənlər mehmanxanalar, restoranlar, muzeylər, mağazalar, kirayə verilən evlər, tarix-mədəniyyət abidələri, tur-firmalar, bələdçilər haqqında məlumat əldə edə bilərlər. Bildirildi ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin üç dildə fəaliyyət göstərən internet saytına daxil olmaqla Naxçıvanın tarixi, təbiəti, tarixi-mədəni abidələri, muzeyləri, turizm marşrutları və s. haqqında ətraflı məlumat almaq olar.

Dərnək üzvlərinə mərkəzdə nümayiş olunan tarixi-mədəni abidələrin foto şəkilləri, muxtar respublikanın turizm potensialını əks etdirən reklam-informasiya vasitələri haqqında geniş məlumat verildi.

Sonda dərnək üzvlərini maraqlandıran suallar cavablandırıldı.

01012103
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
150
331
2880
187661
1012103

Tarix: 29-04-2024
Biz, sosial şəbəkələrdə: