"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Amerika Birləşmiş Ştatlarının vətəndaşı Erik Olson: “Naxçıvan Azərbaycanın mədəniyyət paytaxtıdır”

Muxtar respublikaya səfər edən turistlər ölkələrinə qayıtdıqdan sonra sosial şəbəkələrdə Naxçıvan haqqında xoş təəssüratlar paylaşırlar. Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş Amerika Birləşmiş Ştatlarının vətəndaşı Erik Olson ölkəsinə qayıtdıqdan sonra səyahətçilərin istifadə etdiyi “TripAdvisor” internet şəbəkəsində və “Facebook” sosial şəbəkəsindəki səhifəsində Naxçıvan barədə məlumatlar paylaşmışdır.

“TripAdvisor” internet şəbəkəsindəki “Naxçıvan inanılmaz dərəcədə gözəl bir məkandır” paylaşımında Erik Olson yazır: “Çoxlu sayda insanlar Naxçıvana səfər etməlidir. Son bir-iki ildə səfər etdiyim ərazilər içərisində Naxçıvan ən gözəlidir. Əminəm ki, Bakı və digər rayonlar ilə müqayisədə Naxçıvan tarixi əraziləri ilə Azərbaycanın ləl-cəvahiratıdır. Bələdçim Emil Paşalı, həqiqətən, ərazinin tarixini çox əla bilir və yaxşı yoldaşlıq etməyi bacarır. Naxçıvana səfər etsəniz, bu bələdçilər sizə biletlərin alınmasında və mehmanxanalarda yerləşməkdə də hərtərəfli köməklik göstərəcəklər. Naxçıvanda olmağı hər kəsə tövsiyə edirəm!”

Erik Olson “Facebook” sosial şəbəkəsində isə aşağıdakı fikirlərini paylaşmışdır: “Son bir neçə günü Naxçıvan Muxtar Respublikasında keçirdim. Naxçıvan 1990-cı ildə – 70 il Sovet hakimiyyətinin idarəçiliyindən sonra Azərbaycanın müstəqillik hərəkatının mərkəzinə çevrilmişdi. Sovet İttifaqının dağılmasından sonra Ermənistan və Azərbaycan arasında müharibə baş verdi. Hazırda Naxçıvanın Ermənistan, İran və Türkiyə ilə sərhədləri var. Mən Naxçıvan şəhərindəki gözəl “Təbriz” otelində qaldım. Bələdçim məni ərazi ilə tanış etdi. Naxçıvan, həqiqətən, Azərbaycanın mədəniyyət paytaxtıdır! Qafqaz regionunun isə ən maraqlı tarixi ərazisidir. Əgər kimsə Naxçıvana səfər etmək istəsə, bələdçim Emil Paşalı onun üçün Naxçıvan şəhərinə turlar təşkil edə bilər. Çünki onun işlədiyi “Natiq Travel” şirkəti ən yaxşı turizm şirkətidir”.

Nuhçıxan İnformasiya Agentliyi

Beynəlxalq rəsm festivalı xoş təəssüratlarla yadda qalıb

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, Mədəniyyət Nazirliyinin və Rəssamlar Birliyi tərəfindən təşkil edilən beynəlxalq festival çərçivəsində rəssamlar qədim diyarın bir çox gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olublar. Festivalın sonuncu günü iştirakçılar Qarabağlar Türbə Kompleksi, “Cahan” AVM, Naxçıvan Biznes Mərkəzi ilə də tanış olub, Naxçıvan Dövlət Universitetində təşkil edilən rəsm sərgisinə baxıblar. Onlarla görüşüb həmsöhbət olduq, Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov: – Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm tarixi keçmişi, həm də mədəniyyəti ilə zəngin bir diyardır. Muxtar respublika ötən illər ərzində çox böyük inkişaf yolu keçib, yeni, gözəl memarlıq quruluşuna malik binalar tikilib, müasir yollar salınıb, müxtəlif muzeylər yaradılıb. Xüsusilə muxtar respublikada mədəniyyət sahəsində böyük işlər görülüb. Bu da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli mədəniyyətin inkişafına göstərdiyi böyük qayğıdır. Bu qayğının nəticəsidir ki, Naxçıvanda rəssamların fəaliyyəti üçün ən müasir şərait yaradılıb, onların əməyi daim yüksək səviyyədə qiymətləndirilir. “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi də muxtar respublikada mədəniyyətə göstərilən diqqətin bir nümunəsidir. Bu festivalın muxtar respublika üçün böyük əhəmiyyəti var. Burada iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən rəssamlar gəlib. Naxçıvanın təbiəti, tarixi tikililəri onlar üçün tükənməz mövzu mənbəyidir. Bu da imkan verir ki, Naxçıvan beynəlxalq aləmdə daha çox tanınsın, təbliğ olunsun. Bir daha belə bir festivalın keçirilməsinə görə Ali Məclisin Sədrinə rəssamlarımız adından dərin ­minnətdarlığımı bildirirəm.

Ardını oxu...

İnqrid Tersman: “Naxçıvan iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyişə nail olub”

İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersman Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində o, muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olub, tarixi abidələri ziyarət edib. İsveçli diplomatın Naxçıvan Dövlət Universiteti tələbələri üçün oxuduğu mühazirə böyük maraqla qarşılanıb. 

Mayın 18-də İsveçin ölkəmizdəki səfiri İnqrid Tersmanın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb. 

“Şərq qapısı” qəzetinə müsahibəsində qonaq Naxçıvanla bağlı təəssüratları barədə danışıb:

– Səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası və buradakı istehsalat müəssisələri ilə tanış olmaqdır. Muxtar respublikada bir sıra görüşlər keçirdim, təhsil və mədəniyyət müəssisələrində oldum. Naxçıvanda olarkən bu qədim diyarın iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyişə nail olduğuna şahidlik etdim. Muxtar respublikanın gələcəkdə də bu nailiyyətləri davam etdirməsi üçün güclü potensialı var. 

Ardını oxu...

Seminar iştirakçıları Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüblər

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndə­liyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında səfərdə olub. 

Kestutis Yankauskas qeyd edib ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirib. Səfərin məqsədi “Peşə Təhsili və Təlimi Seminarı”nda iştirak etməkdir. Bu seminarda avropalı və naxçıvanlı mütəxəssislər mövzu ilə bağlı elmi-təcrübi mübadilə aparacaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. 

“Səfər həm də sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Həmin tərdbir çərçivəsində Avropa İttifaqına üzv 20 dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gələcək”, – deyən Kestutis Yankauskas vurğulayıb ki, bu tədbirlər gənclərə, təhsilə və biznesə həsr ediləcək. Naxçıvanla Avropa İttifaqı arasında bu sahələrin inkişaf etdirilməsi məsələləri birgə müzakirə olunacaq. 

Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Eləcə də Naxçıvan 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtıdır. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəal iştirak edirlər. Biz də Azərbaycan hökuməti ilə birgə azərbaycanlı gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik.

Ardını oxu...

Naxçıvanın qədimliyi və müasirliyi ukraynalı qonaqlarda zəngin təəssüratlar yaradıb

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin bir qrup müəllimi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində qonaqlar Naxçıvanın gəzməli-görməli yerləri ilə  tanış olub, muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə müəssisələri ilə maraqlanıblar. Nümayəndə heyətinin üzvləri Naxçıvanla bağlı təəssüratlarını belə ifadə ediblər.

Valentina Antonenko – İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru: – Mən, ilk növbədə, bu səfərin təşkilində bizə göstərdiyi köməyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlığımı bildirirəm. Biz burada muxtar respublikanın bir çox təhsil və mədəniyyət müəssisələrində olduq, Duzdağ Fizioterapiya Mərkəzinə getdik. Bizim üçün maraqlı olan Naxçıvanın çox qədim tarixə və mədəniyyətə malik olmasıdır. Daha maraqlısı isə buradakı insanların öz tarixinə, dəyərlərinə böyük sevgi ilə sahib çıxması, onu təbliğ etməsi, tanıtdırmasıdır. Məsələn, biz Şərq memarlığı incilərini özündə əks etdirən və hazırda bərpa olunan Qarabağlar Türbə Kompleksi ilə tanış olduq. Bu kompleksin timsalında tarixi abidələrə göstərilən bu qayğı dövlətinizin tarixi keçmişinizə verdiyi önəmin ifadəsidir. Naxçıvan həm tarixi keçmişi və mədəniyyəti, həm də müasir sürətli inkişafı ilə bizi özünə valeh etdi.

Ardını oxu...

Şagirdlər muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar

Sabunçu rayon 67 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Saleh Ağamalıyev: –Naxçıvanda olduğum günlər həyatımın ən yaddaqalan günləri olacaq. Naxçıvan şəhərinin, Ordubad və Culfa rayonlarının tarixi-mədəni abidələri, ecazkar təbiəti məni heyran etdi. 

Tur-aksiya çərçivəsində biz dağlar qoynuna, gözəl təbiətli Şahbuz rayonuna da yollandıq. Rayonda ilk baş çəkdiyimiz ünvanda – “Farma Şah” müəssisəsində mən ilk dəfə dərman bitkilərinin hazırlanmasını gördüm, bu bitkilərin şəfaverici xüsusiyyətləri haqda məlumat aldım. 

Qarlı dağların qoynunda yer alan Ağbulaq İstirahət Mərkəzində gördüklərimi də, yəqin ki, uzun müddət unuda bilməyəcəyəm. Belə məkanları mən ancaq televiziya ekranında görmüşdüm. Bundan başqa, biz Batabat Astrofizika Rəsədxanasında, Şahbuz Dövlət Təbiət Qoruğunda olduq, bənzərsiz mənzərələrin qoynunda xatirə şəkli çəkdirdik. Bütün bunlar yaddaşımda silinməz izlər buraxdı. 

Ardını oxu...

00328020
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
83
71
1534
5359
328020

Tarix: 27-05-2019
Biz, sosial şəbəkələrdə: