"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ami Lin: “Dördüncü nəsil texnologiyası bu gün Naxçıvanın ən ucqar yaşayış məntəqələrində belə istifadədədir. Bu, böyük uğur və mühüm naliyyətdir”

Çinin “Huawei” şirkətinin baş vitse-prezidenti xanım Ami Lin Naxçıvana səfər edib və bir sıra işgüzar görüşlər keçirib, Naxçıvanla tanış olub.

Dünyanın ən böyük telekommunikasiya şirkətlərindən olan “Huawei” ilə Naxçıvan Muxtar Respublikası arasında ötən 15 ildə səmərəli əməkdaşlığın qurulduğunu qeyd edən qonaq yeni texnologiyaların iqtisadi inkişafdakı əhəmiyyətinə toxunub, Huawei şirkətinin muxtar respublika ilə əməkdaşlığa bundan sonra da mühüm əhəmiyyət verəcəyini bildirib.

Ardını oxu...

Naxçıvanın zəngin təbiəti, əzəmətli tarixi abidələri tur-aksiya iştirakçılarını heyrətləndirib

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Bakılı məktəblilərlə həmsöhbət olmaq imkanı əldə etdik.

Bakı şəhərinin Binəqədi rayonundakı 100 nömrəli tam orta məktəbin şagirdi Kənan Bəgəliyev bildirdi ki, bu layihə onların ölkəmiz haqqında biliklərinin artırılmasında mühüm rol oynayır: “Həmyaşıdlarım adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Həqiqətən də, ölkəmizin hər bir guşəsi gözəldir. “Azərbaycanın incisi” adlandırılan Ordubad çox xoşuma gəldi. Mən burada ancaq tarix kitablarından tanıdığım və ensiklopediyalarda şəkillərinə rast gəldiyim tarixi abidələrlə daha yaxından tanış oldum, onlar haqda maraqlı məlumatlar əldə etdim. Elə Culfa rayon ərazisindəki Gülüstan türbəsi və “Əlincəqala” tarixi abidəsini yaxından gördüyüm üçün sevinirəm. Bakıya qayıdanda bu abidələr haqda öz yoldaşlarıma deməyə çox sözüm olacaq”.

Ardını oxu...

Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana: “Naxçıvan zəngin tarixi keçmişə və mədəniyyətə malikdir”

Xəbər verdiyimiz kimi, Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana martın 5-dən 8-dək Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində diplomat muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə və istehsal müəssisələri ilə tanış olub, bir sıra görüşlər keçirib. Səfərin sonuncu günü isə hindistanlı səfir Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib, şəhərin “Sərşəhər” küçəsində yerləşən kəhrizə baxıb. Naxçıvan Muxtar Respublikasından xoş ovqatla ayrılan səfir Sanjay Rana səfərlə bağlı təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb:

– İlk olaraq Naxçıvana səfərinizin məqsədini bilmək istərdik.

– Naxçıvan Muxtar Respublikasına səfərimin məqsədi bu regionla yaxından tanış olmaq idi və bu tanışlıq mənə çox xoş təsir bağışladı. Burada olduğum müddətdə muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə müəssisələrini gəzdik, muzeyləri ziyarət etdik.

Ardını oxu...

Beynəlxalq sipmoziumun iştirakçıları Naxçıvandan gözəl təəssüratlarla ayrıldılar

Xəbər verdiyimiz ki, 17-18 noyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı  elmi simpozium Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun, Atatürk Araşdırma Mərkəzinin və İğdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Atatürk Araşdırma Mərkəzinin direktoru Əli Beyhan və Samsun 19 May Universitetinin müəllimi İbrahim Tellioğlu Naxçıvanda keçirilən tədbirin əhəmiyyəti haqqında öz təəssüratlarını “Şərq Qapısı” oxucuları ilə bölüşüblər.

Atatürk Araşdırma Mərkəzinin direktoru Əli Beyhan:  Bildiyimiz kimi keçirilən Beynəlxalq Elmi Simpozium “Mərkəzi Araz Hovzəsi tarix və mədəniyyət fonunda” adlanırdı. Naxçıvan Mərkəzi Araz adlandırdığımız coğrafi regionun mərkəzində yerləşir. Naxçıvan Böyük İpək Yolundan həm Anadoluya həmdə Asiyaya çıxan dəhlizdir. Bu nöqteyi-nəzərdən Naxçıvan  tarixi regiondur və belə beynəlxalq tədbirlərin burada keçirilməsi məqsədə uyğundur. Simpoziuma gəldikdə isə deyə bilərəm ki, tədbir mükəmməl keçdi. Azərbaycan Milli Elmlər Akademiyasından və onun Naxçıvan Bölməsindən, Azərbaycanın və Türkiyənin bir sıra universitetlərindən olan elm adamları burada iştirak edirdi. Mühazirələr zamanı tarix, coğrafiya, etnoqrafiya və ədəbiyyat haqqında maraqlı fikirlər səsləndi və müzakirə edildi. Elmi nəticələrin qiymətləndirilməsi hamı üçün maraqlı oldu. Mənim Naxçıvan haqqında təəssüratlarıma gəldikdə isə deyə bilərəm ki,  hər şəhərin bir tarixi mənbəyi vardır. Lakin Naxçıvanın tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Heç bir tarixi mənbədə Naxçıvanın yaranması ilə bağlı dolğun məlumat yoxdur. Buda onu göstərir ki, Yer üzərində insanlar mövcud olan tarixdən Naxçıvanda yaşayış olmuşdur. Naxçıvanın coğrafi mövqeyi də bunun  üçün əlverişli şərait yaratmışdır.

Ardını oxu...

Dərya Ors: “Qardaş bir ölkənin vətəndaşı kimi Naxçıvanıın bu səviyyəyə yüksəlməsini görmək məni çox qürurlandırdı”

Bildiyiniz kimi, 17-18 noyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı  2 günlük elmi simpoziumun iştirakçılarından biri  Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu idi. Söhbət etdiyimiz qurumun rəhbəri  Darya Ors bu önəmli tədbirin mühüm insanlarından biri idi. O dedi:

- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti,  İğdır Universiteti ilə birgə Atatürk Araşdırma Mərkəzi,  Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Naxçıvan Muxtar Respublikasında keçirilən Beynəlxalq Elmi Simpoziumun təşkilatçıları idilər. Simpoziumun açılış mərasimində, həmdə keçirilən bölmə iclaslarında Araz hovzəsində yerləşən Naxçıvanın qədim tarixi, burada formalaşan qədim tarixlə bağlı çox dəyərli elmi faktlar, elmi konsepsiyalar dinlənildi, mühüm tədqiqatların nəticələri iştirakçılara təqdim edildi. Biz çox şad olduq ki, uzun müddətdən bəri yüksək səviyyədə təşkil etmək üçün hazırlıqlar apardığımız elmi tədbir gözlədiyimizdəndə uğurlu alındı.

Ardını oxu...

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dedi: “Naxçıvan sosial-iqtisadi nöqteyi-nəzərdən sürətlə inkişaf edir”.

Xəbər verildiyi kimi İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın mədəniyyət və istehsal müəssiəsələri ilə tanış olmuşdur. Cavad Cahangirzadə Naxçıvana səfəri ilə bağlı “Şərq Qapısi” qəzetinə müsahibə vermişdir.

-Hər şeydən əvvəl siz səfərinizin məqsədi barədə məlumat verə bilərsinizmi?

Mənim bura  səfərimin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ilə yaxından tanış olmaq idi. Bu tanışlıq günbəgün inkişaf edən əlaqələrimizi genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bugün regionun iki aparıcı dövlətinin, İran İslam Respublikasının və Azərbaycan Respublikasının arasında olan əlaqələr getdikcə güclənir və əlaqələr daha da genişlənir. Təsadüfi deyil ki, son üç il ərzində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında 7 görüş keçirilmişdir. Bu dövlət başçılarının təkrar görüşləri, onların qarşılıqlı və faydalı müzakirələri regionda nadir hadisələrdəndir. Buna görə də əminliklə deyə bilərik ki, siyasi, iqtisadi əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib.

Ardını oxu...

01008424
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
33
396
178051
183982
1008424

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: