"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Dimitriy Volovey: Bunun bir adı var – bu əsl fantastikadı. Naxçıvan kimi şəhərlər dünyada çox azdır

Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan gömrük xidməti nümayəndələri GUAM-ın Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin sayca 26-cı iclasında iştirak etmək üçün Naxçıvanda işgüzar səfərdədirlər.

Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələri, turizm obyektləri ilə tanış olub, Şahtaxtı və Sədərək sərhəd keçid məntəqələrinin iş prinsipi və fəaliyyətini yaxından izləyiblər. 

GUAM-ın gömrük xidməti nümayəndələri Naxçıvan haqqında müsahibə veriblər.

Gürcüstan Respublikası Gəlirlər Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək deyib:

"Belə geniş yaşıllıqlar və yaraşıqlı binalarla qarşılaşacağımı gözləmirdim. Bizi Naxçıvandakı gömrük keçid komplekslərinə apardılar – İran sərhəddinə, Türkiyə sərhəddinə. Orada yeni binalar tikilir, tamamilə yeniləşdirilmiş infrastruktur yaradılacaq. Bu da gömrük işinin asanlaşdırılmasına və ticarətin sürətlənməsinə səbəb olacaq".

Ardını oxu...

İsrail səfiri Dan Stav: "İsrail Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır və bu, əməli işə çevriləcək"

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikamızın qədim tarixi abidələri və mədəniyyət obyektləri ilə tanış olub.

Səfir Naxçıvan haqqında təəsüratlarını belə ifadə edib.

"Naxçıvana səfərim Azərbaycanın müxtəlif regionlarına sərfərlərimin bir hissəsidir. Naxçıvan Azərbaycanın çox vacib tərkib hissəsidir. Naxçıvanda gördüklərim məndə çox böyük təəssüratlar oyatdı. Xüsusilə də Naxçıvandakı müasir xəstəxananın mövcudluğu, mineral sularla  müalicə   sisteminin  mövcud olmasını ayrıca qeyd etməliyəm. Bütün bunlar Naxçıvanın həm yüksək turizm potensialının olduğunu, həm də yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu səfərin məqsədi odur ki, burada  qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı quraq, əlaqələri inkişaf etdirək. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab  Vasif Talıbovla və  nazirlərlə də görüşdüm. Görüşlərin əsas məqsədi səhiyyə və kənd təsərrüfatı sahəsində əməkdaşlığımızı genişləndirməkdir".

Ardını oxu...

Karadenizgazete.com.tr saytının əməkdaşı Əli Kurt: “Naxçıvan insana rahatlıq bəxş edən bir diyardır”

Türkiyənin karadenizgazete.com.tr saytının əməkdaşı Əli Kurt muxtar respublikada səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra Naxçıvan haqqında məqalə yazmışdır. “Naxçıvanda 24 saat!” sərlövhəli məqalə karadenizgazete.com.tr saytında yerləşdirilmişdir. Müəllif məqalədə Naxçıvana səfərindən və burada gördüklərindən məmnunluqla bəhs etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik.

Naxçıvanda 24 saat

Bir neçə həftə əvvəl ikigünlük də olsa, Naxçıvana səfər etmək fürsətim oldu. Avtomobillə, təxminən, 9 saat yol getdikdən sonra Türkiyənin Dilucu sərhəd qapısına, oradan isə Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük-keçid məntəqəsinə çatdıq. Sədərək gömrük-keçid məntəqəsində çox sıxlıq olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının müvafiq orqanlarının buradakı nümayəndələrinin bizə göstərdiyi xoş münasibət və qonaqpərvərlik diqqətimdən yayınmadı. Muxtar respublikaya daxil olmaq üçün lazım olan bütün işlər ardıcıl və sürətlə yerinə yetirildikdən sonra gömrük işçilərinin ilk xəbərdarlığı “Yol hərəkəti qaydalarına riayət edin!” oldu. Biz də bu xəbərdarlığı nəzərə alaraq yolumuza davam etdik.

Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Bu gözəl diyarda səhər yeməyini yedikdən sonra gəzintiyə çıxdıq, təbii ki, yol hərəkəti qaydalarına riayət edərək. Naxçıvan şəhərinin bütün küçə və prospektlərində piyadalar üçün xüsusi keçidlər vardır. Piyada ayağını həmin keçidin olduğu avtomobil yoluna qoyduğu zaman bütün maşınların sürücüləri ona yol verir. Şəhərdəki prospektlər olduqca genişdir. Binalarda qədim və müasir arxitekturanın izlərini görmək mümkündür. Bir sözlə, Naxçıvan insana rahatlıq bəxş edən bir diyardır.

Ardını oxu...

Mixael Kindsqrab: “Naxçıvan şəhərindəki səliqə-sahman, insanların qonaqpərvərliyi məndə xoş təəssürat yaratdı”

Naxçıvana səfəri barədə deyib: “Mən çox şadam ki, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başladığım qısa müddət ərzində Naxçıvana gəlməyə müvəffəq olmuşam. Muxtar respublikaya səfərimin məqsədi Almaniya ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, təhsil və mədəniyyət əlaqələrinin daha da genişləndirmək idi. Naxçıvanda keçirdiyim yüksək səviyyəli görüşlərdə bu məsələlər ətrafında müzakirələr apardıq”. 

Mixael Kindsqrab Naxçıvan Muxtar Respublikası ilə Almaniya Federativ Respublikası arasında iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri barədə danışaraq deyib: “Ümidvaram ki, iqtisadi əlaqələrimiz daha da genişlənəcəkdir. Bu məqsədlə Bakıdakı Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nüma­yəndəliyi arasında görüşlər keçiriləcək və iqtisadi əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə ediləcəkdir”.

Ardını oxu...

Yerli və əcnəbi turizm şirkətlərinin təmsilçiləri: Naxçıvanla turizm əlaqələrinin inkişafında maraqlıyıq

İnfo-tur çərçivəsində Naxçıvana gəlmiş sahibkar və turizmçilər bu fikirdədirlər

Elham Rəsulirad – İran İslam Respublikasının “Radseir” turizm şirkətinin təmsilçisi: “Naxçıvana ilk dəfədir ki, səfər edirəm. Doğrusunu desəm, bura haqqında o qədər də ətraflı məlumatım yox idi, sadəcə, gedib-gələnlərdən eşitmişdim. Bu info-turu təşkil edənlərə minnətdarlığımı bildirirəm ki, Naxçıvana gəldim və buradakı mövcud turizm potensialı ilə tanış oldum. Ümumi təəssüratlarım bundan ibarətdir ki, Naxçıvan çox təmiz havasına, gözəl iqliminə, xoş mənzərəsinə və qonaqpərvərliyinə görə turistlərin sevdiyi məkandır. Biz Naxçıvanın dağlıq ərazilərində yerləşən turizm obyektlərində olduq, ətrafı seyr etdik. Bir sözlə, deyə bilərəm ki, hər bir iş böyük zövqlə və mükəmməl görülüb. Eyni zamanda naxçıvanlıların istiqanlılığı, qonaqpərvərliyi bura olan marağı daha da artırır. Buna görə də gələcəkdə Naxçıvana səyahət turlarının təşkil olunması istiqamətində əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”.

Ardını oxu...

Naxçıvanın zəngin təbiəti, əzəmətli tarixi abidələri İnfo-tur çərçivəsində Naxçıvana gəlmiş sahibkar və turizmçiləri heyrətləndirib

Ruslan Quliyev – Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri: “Bizim qurumun əsas məqsədi, adından da göründüyü kimi, ölkəmizdə sağlamlıq və termal turizmə dəstəyi özündə əks etdirir. Duzdağ Fizioterapiya Mərkəzi də Naxçıvanın turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Hər il bura dünyanın müxtəlif ölkələrindən bronxial-astma xəstəliyindən əziyyət çəkən xeyli insan gəlir. Burada yaradılmış infrastruktur imkan verir ki, bu məqsədlə muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, bu ildən başlayaraq biz Pribaltika ölkələrində bu mərkəzin tanıdılması istiqamətində işlərə başlayacağıq. Bundan əlavə, Naxçıvanın hərtərəfli inkişafı, burada həyata keçirilən quruculuq və abadlıq tədbirləri muxtar respublikaya turist axınının artmasına imkan verir. Ümid edirik ki, qarşıdakı illərdə biz bunun şahidi olacağıq”.

Ardını oxu...

00328020
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
83
71
1534
5359
328020

Tarix: 27-05-2019
Biz, sosial şəbəkələrdə: