"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Nuh Peyğəmbərin vətənidir

2016-cı ilin sentyabr ayına qədər Nuh Peyğəmbərin həqiqi vətəni haqqında məlumatımız yox idi. Mən həyat yoldaşım ilə Türkiyənin şərq hissəsinə – İqdır şəhəri istiqamətində hərəkət edərkən yolda Naxçıvan yazılmış lövhə gördük və Naxçıvan barədə bələdçidən məlumat aldıq. O bildirdi ki, Naxçıvan Türkiyə ilə sərhəddə yerləşir. Həmin andan mənim diqqətim bu əraziyə yönəldi. Çox təəssüf ki, həmin vaxt bizim xüsusi bir tur proqramımız var idi və həmin proqrama Türkiyə sərhədlərindən kənarda olan bir ərazini daxil edə bilməzdik.

2017-ci ilin yanvar ayından etibarən mən internet üzərindən və kitablardan Naxçıvan barədə məlumatlar toplamağa başladım. Hər bir axtarışdan sonra Naxçıvana daha da heyran oldum. Lakin əldə etdiyim məlumatlar mənə kifayət etmirdi. Həmçinin bələdçi kitabımda da Naxçıvan barədə az məlumat var idi.

Ardını oxu...

İtaliyanın Sienna Universiteti əməkdaşlarının Naxçıvan Muxtar Respublikası haqqında təəssüratları

İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Qonaqlar səfər təəssüratlarını belə ifadə ediblər.

Nümayəndə heyətinin rəhbəri Paolo Konti:  “Azərbaycanın dilbər guşəsi olan Naxçıvan müasirliyi və tarixi abidələri ilə bizdə xoş təəssürat yaratdı. Naxçıvanlılar gülərüz və qonaqpərvərdirlər. Naxçıvandakı inkişaf, buradakı səliqə-sahman və abadlıq çox xoşumuza gəldi. Buranın təmiz havası, gözəl təbiəti, güclü infrastrukturu var. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mühüm işlər görülür. Müqayisə edim ki, hazırda İtaliyada və bir çox Avropa ölkəsində alternativ və bərpa­olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisi ümumi istehsalın 10 faizini, Naxçıvan Muxtar Respublikasında isə 60 faizindən çoxunu təşkil edir. Mən buna, sadəcə, həsəd aparıram”.

Ardını oxu...

Orelia Buşez: “Naxçıvanın gözəlliyi, təmizliyi və abidələrinin qədimliyi dünya üçün bir nümunədir”

Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. 

Qonaq səfər təəssüratlarını  belə ifadə edib: “Mən Naxçıvanın bir çox yerlərində oldum və zəngin təəssüratlarım var. Amma bilmirəm ki, hansından başlayım. Sizin şəhərinizdə çox gözəl məqamları kəşf etdim. Naxçıvan əhalisinin yüksək qonaqpərvərliyi məni valeh etdi. Mən Duzdağdakı Fizioterapiya Mərkəzinə heyran qaldım və burada olduğuma görə çox məmnunam. İnanıram ki, mənimlə gələnlər də burada gördüklərini heç vaxt unutmayacaqlar. Bu yer çox qeyri-adidir. Burada insanlar rahatlıq və şəfa tapa bilirlər. Bu, çox yaxşıdır”.

Səfər çərçivəsində muxtar respublikada keçirdiyi görüşlər barədə də danışan diplomat bildirib ki, burada bütün sahələrdə əlaqələri müzakirə etmək və bu əlaqələrin inkişafının mümkünlüyü barədə söhbət etmək imkanımız oldu. Təbii ki, əməkdaşlıq bir çox sahələrdə inkişaf etdirilir. Məsələn, təhsil, mədəniyyət sahəsində, universitetlər arasında. Xüsusilə universitetlər arasında əlaqələr fransız dilinin öyrənilməsi üçün böyük rol oynayır.

Ardını oxu...

Furio de Angelis: "Naxçıvan Muxtar Respublikası Azərbaycanın çox qədim mədəniyyətə, strateji əhəmiyyətə malik olan bir bölgəsidir

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəsi Furio de Angelis Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Qonaq səfər təəssüratlarını  belə ifadə edib. Furio de Angelis Naxçıvan Muxtar Respublikasının Azərbaycanın çox qədim mədəniyyətə, strateji əhəmiyyətə malik bir bölgə olduğunu vurğulayıb. O qeyd edib ki, səfər çərçivəsində tarixi abidələrlə tanışlıq zamanı Naxçıvanın nə qədər qədim tarixə malik olduğunu gördüm. 

Muxtar respublikaya səfərinin məqsədi haqqında da danışan qonaq deyib: “Naxçıvan Muxtar Respublikasında olmaqdan çox məmnu­nam. Burada bizim təlim keçirməyimiz üçün də çox gözəl şərait yaradılmışdı. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası ərazisindəki sərhəd nəzarət-buraxılış məntəqələrinə səfərlər təşkil olundu. Mən hesab edirəm ki, Azərbaycan hökuməti və aidiyyəti qurumlarla olan əməkdaşlığımız bundan sonra daha da ­möhkəmlənəcəkdir”.

Ardını oxu...

Acarıstanlı qonaqların Naxçıvan haqqında təəssüratları

Acarıstanlı qonaqlar muxtar respublikaya səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Marika Xalvaşi – Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, qrup rəhbəri, həkim: "Mən öz adımdan və bura gələn uşaqların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm. Bilirik ki, muxtar respublika rəhbərinin qayğısı və diqqəti nəticəsində hər il acarıstanlı aztəminatlı ailələrin uşaqları Naxçıvana gələrək burada müalicə olunurlar. Bizi qonaqpərvərliklə qarşılayıb, uşaqların müalicəsi ilə mütəmadi maraqlanırlar. Uşaqlar və valideynləri müalicənin effektini görürlər. Burada müalicə üçün gözəl şərait yaradılıb. Uşaqların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqətlə yanaşılır. Bu gün Naxçıvan şəhərinin gəzməli-görməli yerlərində olduq. Uşaqlar bu gəzintidən tarixiniz, mədəniyyətiniz, incəsənətiniz və digər sahələr haqqında çoxlu məlumatlar əldə etdilər. Qeyd edim ki, təşkilatçılıq çox yüksək səviyyədədir. Artıq bir neçə muzeydə olub, şəhərin tarixi məkanları haqqında məlumat almışıq. Şəhərinizin qədimliyi və gözəlliyi uşaqların çox xoşuna gəldi."

Ardını oxu...

Dünya Bankının Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə Tapşırıq Qrupunun rəhbərləri Naxçıvanda olublar

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar öz müsbət nəticələrini verməkdədir. Ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını təmin edən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin önəmli yeri var. Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində ölkəmizin müxtəlif regionlarında, eləcə də muxtar respublikamızda bir çox tədbirlər həyata keçirilir.

Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Dünya Bankının layihə üzrə Tapşırıq Qrupunun rəhbərləri Satoşi İşihara və Tara Şarafudin Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olublar. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində bu münasibətlə görüş keçirilmiş, layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır. Qonaqlar muxtar respublikaya səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Satoşi İşihara: “Naxçıvan Muxtar Respublikasına səfərimizin əsas məqsədi buradakı tərəfdaşlarımızla görüşmək, muxtar respublikanın davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr və işgüzar söhbətlər aparmaq olmuşdur. Eyni zamanda layihənin 3-cü fazasının həyata keçirilməsi üçün hazırlıqlar haqqında fikir mübadiləsi apardıq. Bu layihənin məqsədi kənd yaşayış məntəqələrində infrastruktur xidmətlərinin yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyəti, kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi və sair haqqında olacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, mən əvvəllər də Naxçıvanda olmuşam və ötən müddətdə burada çox böyük dəyişikliklər baş verib. Muxtar respublikanın bütün bölgələrində mühüm infra­struktur layihələri həyata keçirilib. Xüsusilə kəndlərdə əhalinin yaşayıb fəaliyyət göstərməsi üçün mühüm addımlar atılıb, yeni yollar çəkilib, xidmət obyektləri istifadəyə verilib, bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ümid edirəm ki, muxtar respublikadakı tərəfdaşlarımızla, buradakı icmalarla qarşılıqlı əməkdaşlığımız mühüm nailiyyətlər əldə etməyimizə imkan verəcək”.

Ardını oxu...

00328025
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
88
71
1539
5364
328025

Tarix: 27-05-2019
Biz, sosial şəbəkələrdə: