"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şagirdlər muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar

Sabunçu rayon 67 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Saleh Ağamalıyev: –Naxçıvanda olduğum günlər həyatımın ən yaddaqalan günləri olacaq. Naxçıvan şəhərinin, Ordubad və Culfa rayonlarının tarixi-mədəni abidələri, ecazkar təbiəti məni heyran etdi. 

Tur-aksiya çərçivəsində biz dağlar qoynuna, gözəl təbiətli Şahbuz rayonuna da yollandıq. Rayonda ilk baş çəkdiyimiz ünvanda – “Farma Şah” müəssisəsində mən ilk dəfə dərman bitkilərinin hazırlanmasını gördüm, bu bitkilərin şəfaverici xüsusiyyətləri haqda məlumat aldım. 

Qarlı dağların qoynunda yer alan Ağbulaq İstirahət Mərkəzində gördüklərimi də, yəqin ki, uzun müddət unuda bilməyəcəyəm. Belə məkanları mən ancaq televiziya ekranında görmüşdüm. Bundan başqa, biz Batabat Astrofizika Rəsədxanasında, Şahbuz Dövlət Təbiət Qoruğunda olduq, bənzərsiz mənzərələrin qoynunda xatirə şəkli çəkdirdik. Bütün bunlar yaddaşımda silinməz izlər buraxdı. 

Nizami rayon 238 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Elmira Bədəlsoy: – Bu, mənim Naxçıvanla əyani olaraq ilk tanışlığım idi. Burada olduğumuz müddətdə vaxtımız mənalı və xoş keçdi. Məktəbdə tarix kitablarında oxuduğum və yalnız şəklini gördüyüm abidələrlə yaxından tanış oldum. Valehedici idi. Düzünü desəm, Culfa rayonu ərazisindəki Gülüstan türbəsi və Əlincəqalaya tamaşa etməkdən doymadım. 

Naxçıvanda qədimliklə yanaşı, müasir görünüş də diqqətimdən yayınmadı. Hər tərəfdə gördüyüm gözəllik, təmizlik çox xoşuma gəldi. Məktəblərin də çox gözəl binaları var. Sinif otaqları, laboratoriyalar, kompüter otaqları ən müasir səviyyədədir. Bir sözlə, şagirdlərin yaxşı oxuması üçün Naxçıvanda hər cür şərait yaradılıb. 

Heydər Əliyev adına Hərbi Liseylə tanışlığımız da çox maraqlı oldu. Burada kursantlar üçün yaradılan şərait ürək­açandır. Naxçıvanla bağlı yaddaşıma xoş xatirələr yazıldı, şagird dostlarımla çoxlu şəkillər çəkdirdik. Qayıdanda dostlarımla paylaşacaq gözəl xatirələrim var. Bizim üçün yaradılan şəraitə görə minnətdaram.

Suraxanı rayon 84 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Kabirə Salamova: – Naxçıvanla tanışlıq hər birimizin ürəyincə oldu. Buradakı tarixi abidələr regionun zəngin mədəniyyətindən və qədim tarixindən xəbər verir. Naxçıvanın əsrarəngiz gözəlliyinə, ecazkar təbiətinə heyran qaldım. 

Muxtar respublikada təhsil sahəsində inkişaf da göz qabağındadır. Tur-aksiya çərçivəsində biz “Naxçıvan” Universitetində və Naxçıvan Dövlət Universitetində də olduq. 

Biz Duzdağ Fizioterapiya Mərkəzində duz tuneli və duz qayalarına təəccüblə baxdıq. Burada müxtəlif ağciyər xəstəliklərinin müalicə olunduğunu öyrəndik. 

Naxçıvana gəlişimiz mənim və dostlarımın Vətənə olan sevgisini daha da artırdı. Aksiya zamanı biz həm də yaşıdlarımızla fikir mübadiləsi aparmaq imkanı qazandıq. Bütün bunlara görə minnətdaram.

00824170
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
209
349
1016
5071
824170

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: