"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq konfransın iştirakçıları Naxçıvandan zəngin təəssüratla ayrılıblar

Nailə Vəlixanlı – Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik:

– Naxçıvan təkcə Azərbaycanın deyil, dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Muxtar respublikada türk-islam mədəniyyətinin izlərini özündə yaşadan çox əhəmiyyətli abidələr var. İstər İslamdan əvvəl, istərsə də sonrakı dövrlərdə burada yaradılmış abidələr Naxçıvanın tarixini, zəngin mədəniyyətini özündə əks etdirir. Bu abidələr tarixin çətin sınaqlarından keçərək bu günümüzədək gəlib çatıb. Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə belə abidələrimiz yenidən bərpa olunub, onlara ikinci nəfəs verilib. Bu abidələrin varlığı onu göstərir ki, Naxçıvan qədim türk yurdudur və yerli əhali əsrlərboyu burada yaşayaraq özünün tarixini, əvəzolunmaz mədəniyyətini yaradıb. Bu baxımdan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı kimi 2018-ci ildə öz tarixini, mədəni zənginliyini təbliğ etmək üçün geniş imkanları yaranacaq və inanırıq ki, bu zənginliklə bütün İslam dünyası tanış olacaq.

Hüseyn Yurttaş – Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor: 

– Naxçıvanın bir çox bölgələrində olan tarixi-memarlıq abidələri türk-islam mədəniyyəti abidələri içərisində öz əhəmiyyəti ilə seçilən tikililərdir və Naxçıvanın tarixini, mədəni zənginliyini göstərir. Tarix sübut edir ki, Naxçıvanın coğrafiyası böyük bir mədəniyyətə sahib olub. Bu mədəniyyəti günümüzə daşıyan məhz belə abidələrdir. Sevinirəm, eyni zamanda qürur duyuram ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu tarixin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün çox böyük işlər görür. Son illərdə Naxçıvanda xeyli sayda tarixi tikililər bərpa olunub, Naxçıvanın tarixi ilə bağlı müxtəlif beynəlxalq konfranslar keçirilir. Onu da qeyd edim ki, mən bundan əvvəl 2012-ci ildə Naxçıvanda olmuşdum. Aradan elə bir uzun dövr keçməyib. Ancaq inanın ki, bu qısa dövr ərzində Naxçıvan daha da dəyişib, gözəlləşib. İnkişafı, dirçəlişi hər yerdə görmək mümkündür. Bu, məni çox sevindirir.


Bəhram Acarlı – Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru:

– Azərbaycan orta əsrlər dövründə İslam dünyasının ən zəngin və parlaq memarlıq nümunələrini yaradıb. Memar Əcəmi Naxçıvaninin müəllifliyi ilə yaradılmış abidələrdə biz bunun gerçək nümunəsini görürük. Ümumiyyətlə, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə malik bir diyardır. Burada olduğumuz müddətdə tarixi abidələrlə tanışlığımız zamanı gördüklərimiz, eyni zamanda konfransda edilən çıxışlar bunu bir daha sübut etdi. Qeyd etməyi vacib bilirəm ki, Naxçıvanda tarixə böyük sevgi, məhəbbət var. Buradakı tarixi abidələrin bərpası sahəsində böyük işlər görülüb. Ümumiyyətlə isə Naxçıvandakı qədimlik və müasirlik, abadlıq və səliqə-sahman deməyə əsas verir ki, Naxçıvan İslam dünyasında fərqli bir yerə sahibdir.

00823984
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
23
349
830
4885
823984

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: