"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beybit İsabayev: "Bu səfər Naxçıvanla Qazaxıstan arasında həm təhsil, həm də iqtisadi sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün bir başlanğıcdır"

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.

Qazaxıstanlı diplomat  səfər çərçivəsində Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət obyektləri və  bir neçə sənaye-istehsal müəssisəsi ilə tanış olub. Qonaq səfər təəssüratlarını  belə ifadə edib.

"Artıq iki ildir ki, Qazaxıstanın Azərbaycandakı səfiriyəm. Bu mənim Naxçıvana ilk səfərimdir. Naxçıvan çox maraqlı regiondur. Şəhər  çox gözəl, təmiz, sakinləri  isə qonaqpərvər, mehribandır. Səfərimin əsas məqsədi Naxçıvanla tanışlıq, bir sıra rəsmi görüşlər keçirmək, həmçinin təhsil və istehsal müəssisələri ilə tanışlıqdır.

Burada şahidi oldum ki,  Naxçıvanda həm iqtisadiyyat, kənd təsərrüfatı, həm də xidmət sahələri inkişaf edib. Dünən biznes mərkəzində oldum. Naxçıvanda istehsal olunan məhsullardan nümunələr barədə məlumat aldım. Öyrəndim ki, Naxçıvan özünü həm elektrik enerjisi ilə təmin edir, həm də ixrac edir. Yerli tikinti məhsullarının istehsalı zavod, fabriklər - bütün bunlar hamısı məndə bir təəssürat yaratdı ki, Naxçıvan son illərdə çox inkişaf edib. Bu türk xalqlarından biri olan qardaş Qazaxıstan xalqını çox sevindirir. Mən bu səfərdən  çox məmnun qaldım. Bütün Azərbaycan xalqına və onun ayrılmaz parçası olan  Naxçıvana daha böyük uğurlar arzulayıram. Bu səfər Naxçıvanla Qazaxıstan arasında həm təhsil, həm də iqtisadi sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün bir başlanğıc olacaq. Bu il Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana baş tutan  rəsmi səfəri zamanı prezidentlərimiz bir sıra sazişlərə imza atıblar.  Biz indi onların həyata keçirilməsi üzərində işləyirik. Dəmir yolu, nəqliyyat, enerji, kənd təsərrüfatı və digər sahələr üzrə çox gözəl layihələrimiz var".

01008683
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
14
278
178310
184241
1008683

Tarix: 20-04-2024
Biz, sosial şəbəkələrdə: