"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Uilyam Qil: Naxçıvan şəhərindəki inkişaf və buradakı xidmətlərin səviyyəsi məndə xoş təəssürat yaratdı

Noyabrın 28-30-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakısəfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil muxtar respublikanın tarixi abidələri, təhsil və mədəniyyət müəssisələri ilə tanış olub.

Uilyam Qil “Şərq qapısı” qəzetinə müsahibəsində səfər təəssüratları barədə danışaraq qeyd edib ki, qədim Azərbaycan torpağı olan Naxçıvan Muxtar Respublikasına ilk səfərimdən çox məmnunam. O vurğulayıb ki, muxtar respublikada səfərdə olarkən birsıra yüksək səviyyəli görüşlər keçirdik, görüşlərdə bizim ortaq prioritetlərimiz olan enegetika və iqtisadi məsələlərlə bağlı çox faydalı müzakirələr apardıq.

“Səfərimiz Beynəlxalq Əlillər Günü ərəfəsinə təsadüf edirdi. Biz səfirlik olaraq fəxr edirik ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət “ƏSA” teatrının kollektivi tərəfindən hazırlanan “Adamlar və siçanlar” tamaşasının Naxçıvanda uğurlu nümayişinə köməkliyimizi göstərə bildik”, – deyən Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili qeyd edib ki, Naxçıvanda fiziki məhdudiyyəti olan insanların sosialşəraitinin yaxşılaşdırılması və təhsili istiqamətində görülən işlərlə yaxından tanış oldum. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və Naxçıvan Uşaq Bərpa Mərkəzində olarkən burada yaradılan yüksək şərait məndə xoş təəssüratlar oyatdı.

 Uilyam Qil deyib: – Səfər çərçivəsində Naxçıvan şəhərindəki tarixi və mədəni abidələrlə də yaxından tanış olduq. Bütün bu yerlər Naxçıvan üçün önəmli, çox dəyərli yerlərdir. Məncə, Naxçıvana səfər etməyə və həmin yerlərlə tanış olmağa dəyər. Şəhərin gözəlliyi, buradakı inkişaf və xidmətlərin səviyyəsi məndə çox xoş təəssüratlar yaratdı. Naxçıvan şəhərindəki yaşıllıqlar, parklar onun gözəlliyinə gözəllik qatır. Mən Naxçıvana yenidən səfər edib, bura ilə daha yaxından tanış olmağı həvəslə və səbirsizliklə gözləyirəm.

Diplomat diqqətə, xoş və səmimi münasibətə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Tural AĞAYEV

00328020
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
83
71
1534
5359
328020

Tarix: 27-05-2019
Biz, sosial şəbəkələrdə: