"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. 2016-cı ildə Təşkilat Komitəsinin ilk iclası keçirilmiş və hazırlıq işlərinə başlanmışdır. 
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması üçün müsabiqə elan edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi ilə birlikdə loqotipin hazırlanması üçün müsabiqənin keçirilməsini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

 

Naxçıvan şəhəri, 23 yanvar 2017-ci il

01009954
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
211
520
731
185512
1009954

Tarix: 23-04-2024
Biz, sosial şəbəkələrdə: