"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bəhruz Kəngərli adına Rəssamlar Parkında konsert olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələrində, mədəni-maarif ocaqlarında isti yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtın mənalı keçirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.

Avqustun 20-də nazirliyin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkında konsert təşkil edilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, baletmeyster Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur.

Ardını oxu...

Ordubad şəhərində kitabxana işçilərinin növbəti zona müşavirəsi keçirilib.

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad şəhərində kitabxana işçilərinin növbəti zona müşavirəsi keçirilib. Müşavirədə Ordubad və Culfa rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin, filial-kitabxanaların əməkdaşları iştirak ediblər.

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, zəngin mədəniyyətə və qədim tarixə malik olan Naxçıvan torpağı Azərbaycanda maarifçiliyin və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib. Tarixdən məlumdur ki, kitab mədəniyyətinin inkişafında kitabxanalar özünəməxsus əhəmiyyət daşıyıb. Eyni zamanda görkəmli ziyalılarımızın şəxsi kitabxanaları da xalqın maariflənməsində xüsusi rol oynayıb. 

Ardını oxu...

Mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir

İyul ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey işçiləri üçün seminar-treninq keçirilmişdir. Ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivlərinin muzeylərlə tanışlığı təmin edilmiş, muzeyləri 2868 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə 130 min 973 tamaşaçı ziyarət etmişdir.

Ardını oxu...

Kəngərli rayonunun Çalxanqala kəndində kənd yaşıl turizmi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib

Avqustun 9-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Çalxanqala kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı kənd sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bu nazirliyin kənd yaşıl turizmi ilə bağlı bu il keçirdiyi doqquzuncu tədbirdir. Bundan əvvəl analoji tədbirlər Şahbuz rayonunun Kükü və Keçili, Culfa rayonunun Xanəgah, Ərəfsə, Ordubad rayonunun Çənnəb, Bist və Tivi, Gənzə və Şərur rayonunun Şahbulaq kəndlərində də keçirilmişdir. Nazirliyin tərtib etdiyi qrafikə əsasən muxtar respublikanın bütün bölgələrində kənd yaşıl turizmilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 

Ardını oxu...

Heydər Əliyev Muzeyində elmi-nəzəri konfrans keçirilib

Dünən Heydər Əliyev Muzeyində “Muzeylər tərəfindən təhsil fəaliyyətinin həyata keçirilməsində açıq dərslərin rolu” mövzusunda elmi nəzəri konfrans keçirilib. 

Elmi-nəzəri konfransı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Həsən Kərimov giriş sözü ilə açaraq bildirib ki, ölkəmizdə muzeyşünaslığın təşəkkül tapması, muzeylər şəbəkəsinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əgər 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər həyata keçirilir. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda bu qədim diyarda 28 müxtəlif profilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.

Ardını oxu...

Azərbaycan Kinosu Günü qeyd olunub

Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 2 avqust ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

Dünən bu münasibətlə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Gənclik” Mərkəzinin foyesində Azərbaycan Kinosu Gününə həsr edilmiş sərgi ilə tanış olublar. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev milli kinomuzun inkişafına həmişə böyük diqqət və qayğı göstərib. Ulu öndər deyirdi: “Bəşəriyyət qarşısında kinonun xidmətləri böyükdür. Amma bizim xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.

Ardını oxu...

00357243
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
50
223
1682
4178
357243

Tarix: 20-10-2019
Biz, sosial şəbəkələrdə: