"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda növbəti kətə festivalı keçiriləcək

Festivalda  “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil  ediləcək. Hazırlanan kətələr görünüşü, çeşid müxtəlifliyi və dadına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Festivalda muxtar respublikanın rayonları və Naxçıvan şəhərindən 200-ə yaxın   kətə ustası o cümlədən, təsərrüfat subyekti iştirak edəcək.

Festivalda konsert proqramları da təqdim olunacaq.

Qeyd edək ki, hər il “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində  təşkil edilən “Göycə”, “Arıçılıq məhsulları-bal”, “Milli geyimlər festivalı”, “Ailə təsərrüfatı məhsulları” festivalı və  “Kətə” kimi festivallara çox sayda turist də qatılır.

Ərəbistanın turizm firmaları Naxçıvanı təbliğ edir

Səudiyyə Ərəbistanı Krallığının Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının “arabtourist.net” və “ac4mt.net” internet saytlarında Naxçıvan Muxtar Respublikası haqqında ərəb dilində məlumat yerləşdirilmiş, Naxçıvan şəhərinin və muxtar respublikanın təbiət mənzərələrini əks etdirən fotoşəkillər paylaşılmışdır.

Ardını oxu...

Böyük Britaniyanın “Wanderlust” jurnalı Naxçıvandan yazdı

Azərbaycan barədə bələdçi kitabının müəllifi Mark Elliott Böyük Britaniyada nəşr olunan “Wanderlust” jurnalında Azərbaycanın turizm potensialını təbliğ edən “Bakıdan kənara səfər etmək üçün ən yaxşı yerlər” sərlövhəli məqalə yerləşdirmişdir. Məqalədə Azərbaycan Respublikasının ərazisində olan 6 mühüm ərazi haqqında məlumat verilir ki, həmin ərazilərdən də 3-ü Naxçıvan Muxtar Respublikasındadır. Məqalədən həmin hissələri təqdim edirik.

Naxçıvan Muxtar Respublikası 

 Azərbaycan Respublikasından ayrı düşmüş Naxçıvanda çoxlu sayda görməli, maraqlı yerlər var. Tarixi 1186-cı ilə aid olan və oyulmuş daşlardan tikilmiş qüllətipli Möminə xatın türbəsi çox gözəldir. Həmçinin Naxçıvanda içərisində gecələməklə astma xəstəliyinin müalicəsi üçün istifadə olunan duz mədəni var. Ordubadın gözəl və yaşıl kəndlərində yerli əhali bahalı, həddindən artıq az şirinli və ləzzətli limonlar yetişdirir.

Ardını oxu...

Muxtar respublikada turizmin inkişafı diqqətdə saxlanılır

Turizm inkişaf etmiş ölkələrdə iqtisadiyyatın mühüm sahələrindən biri olub əhali məşğulluğunun təmin edilməsində əsas rol oynayır. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı diqqətdə saxlanılır, yeni xidmət sahələri yaradılır, infrastruktur yenilənir.

Muxtar respublikanın əlverişli coğrafi mövqeyi, flora və faunasının müxtəlifliyi, mədəni-tarixi irsi, zəngin milli mətbəxi, qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açır. Qədim dövrlərin yadigarı olan tarixi abidələr – Möminə xatın, Qarabağlar, Gülüstan türbələri, insanların ilk məskunlaşdığı yaşayış yeri Gəmiqaya, xalqımızın məğlubedilməzliyinin simvolu olan Əlincəqala, misilsiz təbiət abidələrindən Göygöl, Batabat, “Əshabi-Kəhf Ziyarətgahı” DiniMədəni Abidə Kompleksi və yüzlərlə digər sənət əsərləri Naxçıvan diyarının əsas turizm ehtiyatıdır.

Ardını oxu...

Naxçıvanda Novruz bayramı geniş qeyd olunacaq

Yurdumuza Bahar gəlir. Bu münasibətlə xalqımızın qədim bayramı olan Novruz hər il Naxçıvanda xüsusi təntənə ilə keçirilir. NUHÇIXAN xəbər verir ki, bu il Novruz bayramı "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində qeyd olunacaq.

Bayram şənliyi martın 19-da saat 11:00-da başlayacaq. "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində bayram şənlikləri davam edəcəkdir. Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim ediləcək. Burada həmçinin milli mətbəx nümunələrimiz də bayram tədbirinin iştirakçılarına təklif ediləcək, əhaliyə, muxtar respublikaya gələn qonaqlara və turistlərə ictimai-iaşə xidməti göstəriləcəkdir.

Həmçinin bayram günləri – 21, 22, 23 və 24 mart tarixlərində də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və Kamera Orkestri, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı hər gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramı ilə çıxış edəcək.

Bayram günlərində muxtar respublikadakı bütün muzey və muzeytipli müəssisələr xidmət göstərəcəkdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 22 mart, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 20-23 mart, Naxçıvan Dövlət Uşaq Teatrı 20-25 mart tarixlərdə tamaşalar göstərəcəklər.

19-25 mart tarixlərdə muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin, kənd mədəniyyət evləri və klubların, uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edəcəkdir. Eyni zamanda 25 mart tarixində Naxçıvan Dövlət Film Fondunda məktəblilər üçün film nümayişi təşkil ediləcəkdir.

 

Naxçıvanda bayram yarmarkası keçiriləcək

Bayram yarmarkası martın 16-dan 24-dək  Naxçıvan şəhərindəki Mərkəzi Bazarda və rayon mərkəzlərində təşkil olunacaq.

Yarmarkada muxtar respublikanın ailə təsərrüfatlarında istehsal edilən məhsullar yer alacaq. 

Yarmarkanı Naxçıvan  Muxtar Respublikası İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri birgə keçirəcək.

00364034
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
131
164
295
3178
364034

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: