"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Nəzəri biliklər istehsalat təcrübəsi ilə təkmilləşdirilir

Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları üzrə III kurs tələbələrinin 15 aprel 2019-cu il tarixdən 31 may 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən mehmanxanalarda, muzeylərdə və turoperatorlarda istehsalat təcrübəsi keçmələri təmin edilir. Tələbələr müəyyən edilmiş qrafikə uyğun olaraq mayın 3-dən Gəmiqaya Turizm Agentliyində turoperatorun iş prosesi ilə yaxından tanış olublar. Burada tələbələrə turizm məhsulunun formalaşdırılması, işlənib hazırlanması, hərəkətə gətirilməsi və satışının təşkili haqqında ətraflı məlumat verilib. Həmçinin turoperatorların iş funksiyası, müştərilərin turlara olan tələbatlarının öyrənilməsi, xidmət proqramlarının hazırlanması, turoperatorların xidmət təminatçıları olan yerləşdirmə, qidalanma obyektləri, ayrı-ayrı nəqliyyat sahibləri ilə etdiyi əməkdaşlıq və bu sahədə bağlanmış müqavilələr haqqında da danışılıb. Turoperatorlar tərəfindən vətəndaşların xarici ölkələrə göndərilməsi və həmin ölkələrdə onların turizm xidmətləri ilə təmin edilməsi, həmçinin xarici turistlərin ölkəmizdə qəbulu və onlara turizm xidmətlərinin göstərilməsi, eləcə də muxtar respublika ərazisində daxili turizm xidmətlərinin təşkili haqqında tələbələrə ətraflı məlumat verilib.

Təcrübənin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.
Əvvəlcə festival iştirakçıları ümummili liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirmiş, Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının Prezidenti Elman Rüstəmov və Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay açılış tədbirində iştirak etmişlər.

Ardını oxu...

Tələbələr turoperatorlarda istehsalat təcrübəsi keçirlər

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Departamentə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları üzrə təhsil alan III kurs tələbələrinin istehsalat təcrübəsi keçmələri təşkil olunur. Departamentin təşkilatçılığı ilə təşkil olunmuş təcrübə çərçivəsində tələbələr Şəms Turizmdə olublar.

Ardını oxu...

“Turizm sahəsində startapların hazırlanması” mövzusunda görüş keçirilmişdir

Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, turizmin inkişafı sahəsində də mühüm tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, muxtar respublikada son illərdə turizmin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü turizm infrastrukturunun, maddi­-texniki bazanın yaradılması yüksək­ixtisaslı kadr hazırlığına qarşı ciddi tələblər qoyur.

Sonra departamentin əməkdaşı, ekspert qrupunun rəhbəri Orxan Cəfərov “Turizm sahəsində startapların hazırlanması” mövzusunda çıxış edərək bildirib ki, “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində ekspert qrupu yaradılıb. Ekspert qrupu tələbələrin layihələrini potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik, yenilikçilik və dayanıqlılıq meyarları üzrə qiymətləndirəcəkdir.

Ardını oxu...

Naxçıvan nümayəndə heyəti Bakı Qlobal Sağlamlıq Turizmi Forumunda iştirak edib

Aprelin 23-də Bakı şəhərində 2019-cu ildə Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu keçirilib və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyası öz işinə başlayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və Duzdağ Hotelin icraçı direktoru Novruz Novruzov iştirak etmişlər. 

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbirdə çıxış edərək Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında forum iştirakçılarına geniş məlumat vermişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Ardını oxu...

Kükü və Ağbulaq kəndlərində turist qəbul edəcək hostellərin təqdimatı olub

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək muxtar respublikamızda turizmin inkişafı sahəsində görülən məqsədyönlü tədbirlərdən ətraflı söhbət açıb. 

Bildirilib ki, füsunkar təbiətə malik Şahbuz rayonunun Kükü kəndi turizm həvəskarları üçün gözəl istirahət məkanıdır. Yaradılmış şərait, xidmət sahələri ilə yanaşı, təbii şərait də kənd yerlərinə getdikcə daha çox turist cəlb edir. Bu baxımdan Ağbulaq kəndi də kənd turizmi üçün əlverişli şəraitə malik olduğuna görə burada mühüm tədbirlər həyata keçirilir. 2013-cü ildə Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi kənddə həmin ildən turizmin inkişafına şərait yaradıb. Gələcəkdə Ağbulaq kəndində Xizək Mərkəzinin istifadəyə verilməsi ilin bütün fəsillərində burada turistlərin istirahətlərinin təşkilinə şərait yaradacaqdır. 

Ardını oxu...

00364042
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
139
164
303
3186
364042

Tarix: 12-11-2019
Biz, sosial şəbəkələrdə: