"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muxtar respublikada turizmin inkişafı diqqət mərkəzində saxlanılır

Müasir dövrdə turizm cəmiyyətin sosial-iqtisadi həyatında oynadığı rola görə iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Bu gün turizm yeni iş yerlərinin açılmasında, əhalinin səmərəli məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. 

Ölkəmizdə turizmin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ikinci dəfə hakimiyyətə qayıdandan sonra da bu sahəni diqqət mərkəzində saxlamış, ilk dəfə 1999-cu il 4 iyun tarixdə “Turizm haqqında” Qanun qəbul edilmiş, turizm sahəsinin hüquqi əsasları, turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydaları müəyyənləşdirilmişdir.

Ümummilli liderimizin turizm sahəsində müəyyənləşdirdiyi strateji xətt hazırda ölkəmizdə, o cümlədən muxtar respublikamızda da uğurla davam etdirilir. Ötən dövr ərzində muxtar respublikada bütün sahələrdə infrastruktur yenilənmiş, müasir avtomobil yolları inşa olunmuş, tarixi yaddaşı özündə əks etdirən qədim memarlıq abidələri bərpa edilərək əvvəlki görkəmlərinə qaytarılmış, yeni otel və istirahət mərkəzləri tikilmiş, Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.

Ardını oxu...

Çinin nüfuzlu “CCTV-4” kanalının əməkdaşları Naxçıvanda çəkiliş aparıblar

Çinin nüfuzlu “CCTV-4” telekanalı “Vətən – xəyallar ölkəsi” adlı səyahət mövzulu verilişinin növbəti buraxılışını Azərbaycana həsr edib. Telekanalın çəkiliş qrupu 3-9 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasında çəkiliş aparıb.

Səfərin ilk günü qonaqlar Naxçıvan Dövlət Xalça Muzeyi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Növbəti gün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində çəkilişlərə başlayan qonaqlara məlumat verilib ki, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan “Huawei” şirkəti Azərbaycanda fəaliyyətinə Naxçıvandan başlayıb. Şirkət tərəfindən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 2014-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi qurulub.

Ardını oxu...

Muxtar respublikada kənd turizminin inkişafı üçün potensial imkanlar var

İsti yay günlərində dincəlməyi hamı sevir. Bu fəsildə mənalı asudə vaxt üçün çoxlu pul xərcləyib uzaq səyahətlərə çıxanlar da az deyil. Ancaq yaşadığı şəhərdən cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçən elə insanlar da vardır ki, onlar üçün kənd turizmi ən sərfəli istirahət növüdür. Dünyanın, xüsusən də Avropanın inkişaf etmiş ölkələrində populyarlıq qazanan bu turizm növünə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.

Kənd turizmi iqtisadi cəhətdən sərfəli, təşkilati baxımdan çox asandır. Bu turizm növünün təşkili zamanı digərləri ilə müqayisədə qarşıya çıxan çətinliklər yoxdur. Məsələn, yay tətili dövründə Naxçıvan şəhərində və ya muxtar respublikamızın digər şəhərlərində yaşayanlar üçün Şahbuz rayonunun Biçənək və ya Ordubadın Çənnəb kəndinə yollanmağı yaxın xaricdəki hər hansı turizm mərkəzinə səyahətlə müqayisə etdikdə bunu daha aydın şəkildə görmək olar. Belə ki, iki nəfərin birhəftəlik xarici ölkə turuna çəkdiyi xərclə dördnəfərlik bir ailənin ən azı iyirmi gün ərzində bir kənddəki bütün xərclərini ödəyəcək istirahət proqramı təşkil etmək mümkündür. Bundan əlavə, kənd turizmi, əsasən, daxili turizm tipinə aid olduğundan turistlər burada dil problemi, yaxud viza çətinlikləri ilə də qarşılaşmırlar. Turizmin bu növü turistlərin xərclərinə qənaətdən əlavə, onun təşkilatçıları olan kənd əhalisinin gəlir mənbəyidir.

Ardını oxu...

Fəsillərin birlik ocağı - Göygöl

Qədim tariximizin salnaməsi Gəmiqaya əsrlər boyu ulu babalarımızın ilkin yurd yeri olub. Zəngin keçmişini özündə əks etdirən bu abidənin gözəlliyinə gözəllik qatan, əzəmətli dağların ətəyində qədim oğuz-türk elinin adı ilə bağlı bir göl var ki, bu da sirli-sehrli Göygöldür. “Kitabi-Dədə Qorqud”da rast gəldiyimiz, igidlik, mərdlik simvolu olan bu gölün tarixi eramızdan əvvəllərə söykənir.

Ecazkar təbiəti, sirli-sehrli aləminin canlı şahidi olmaq üçün üz tuturuq insanları özünə heyran edən dörd fəsilli, füsunkar mənzərəli Göygölə... Bu göl Gəmiqaya ətəklərində, Nürgüt kəndini əhatəyə alan sıra dağların arasında yerləşir. Elə Nürgüt kəndini digər kəndlərdən fərqləndirən də zümrüd rəngli, səfalı Göygöldür.

Yolumuz uzundur. Elə bu səbəbdən sübh tezdən, dan yeri ağaran kimi üz tuturuq Göygöl istiqamətinə. Günəş hələ təzəcə dağların arasından ahəstə-ahəstə çıxır. Şəfəqləri qarşıdakı uca dağların başına yayılır. Yol boyunca rastlaşdığım mənzərə – yay fəslinin qızmar çağında könüloxşayan başıqarlı dağlar, min bir dərdin dərmanı, yeraltı mineral bulaqlar, yolboyu kəndə gələnləri salamlayan cürbəcür ağaclar, nadir bitkilərlə zəngin olan Tillək meşəsinin füsunkarlığı, insanın ruhunu dinləndirən Əyriçay və Saqqarsu çaylarının həzin zümzüməsi... Tanrının xüsusi zövqlə, incəliklə yaratdığı möcüzəvi bu yurd yeri sanki bütün təbii gözəllikləri sehrli bir qüvvətək özünə çəkib.

Ardını oxu...

Acarıstanlı uşaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar

Xəbər verdiyimiz kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq iyulun 28-də tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrdən olan 19 uşaq və onları müşayiət edən 9 valideyn Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək üçün Naxçıvana gəliblər.

Avqustun 2-də acarıstanlı uşaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Qonaqlara bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Buna görə də regionda tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri mövcuddur. Bu abidələr arasında isə Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

Ardını oxu...

Ənvər Ünlü: “Naxçıvan Duzdağı gözəl təbii müalicə mərkəzidir”

İyulun 31-də Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Ənvər Ünlü Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. 

Səfər çərçivəsində qonaq əvvəlcə Azərbaycan xalqının ümummilli liderinin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. 

Ənvər Ünlü daha sonra Naxçıvan Dövlət Xalça Muzeyinə və Duzdağ Fizioterapiya Mərkəzinə gəlib, həmin mədəniyyət və səhiyyə müəssisələri ilə yaxından tanış olub. 

İqdır Vilayətinin valisi Duzdağ Fizioterapiya Mərkəzində Naxçıvan televiziyasına müsahibə verib. O deyib: “Bu səfərim tanışlıq xarakteri daşıyır. Naxçıvanda keçirdiyim görüşlərdə qarşılıqlı iqtisadi-ticarət əlaqələrindən, idxal-ixrac imkanlarımızdan və digər sahələrdəki əməkdaşlığımızın gələcək perspektivlərindən danışdıq. İnanırıq ki, hər iki tərəfdə gömrük məntəqələrində aparılan infrastruktur quruculuğu tədbirləri iqtisadi əlaqələrimizin inkişafına öz töhfəsini verəcəkdir”.

Ardını oxu...

01006105
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
77460
98272
175732
181663
1006105

Tarix: 16-04-2024
Biz, sosial şəbəkələrdə: