"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Sanjay Rana: “Muxtar respublikada sənaye, kənd təsərrüfatı, özəl sektor sürətlə inkişaf edir”

Hindistan Respublikasının ölkəmizdəki föv­qəladə və səlahiyyətli səfiri Sanjay Rana mayın 31-də Naxçıvan Muxtar Respublikasına səfər edib. İyunun 3-dək davam edən səfər çərçivəsində diplomat muxtar respublikanın təhsil, mədəniyyət müəssisələri, tarixi abidələri və gəzməli-görməli yerləri ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunan “Əlincəqala” tarixi abidəsi və muzeyi səfirdə böyük maraq doğurub. Burada qonağa məlumat verilib ki, Əlincəqalanın iki min ildən çox tarixi var. Qala I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olub, qala-şəhər kimi formalaşıb. 14 il Əmir Teymurun qoşunlarına müqavimət göstərib. “Əlincəqala” tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa edilib. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır.

Ardını oxu...

Beynəlxalq rəsm festivalının iştirakçıları

Naxçıvan haqqında çoxsaylı paylaşımlar ediblər

Ötən həftə keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı burada yaradılan bir-birindən dəyərli əsərlərlə yadda qaldı. Qədim diyarın tarixi, müasir həyatı, mədəniyyəti, habelə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması bu əsərlərin əsas məğzini təşkil edirdi. 

Festivala dəvət almış rəssamların Naxçıvanın gəzməli və görməli yerləri ilə tanışlığı onlarda böyük maraq doğurub. Bunu həmin sənət adamlarının öz vətənlərinə geri qayıtdıqdan sonra sosial şəbəkələrdə etdikləri paylaşımlarda da görmək mümkündür. Bu paylaşımlarda Naxçıvanın maraqlı yerləri ilə tanışlıqdan alınan təəssüratların nə qədər dolğun olduğu aydın anlaşılır. 

Türkiyəli rəssam Nülufər İnaltongun “Facebook” sosial şəbəkə hesabında onların festival müddətində Naxçıvanqalada, Bəhruz Kəngərli adına Rəssamlar Parkında, Bəhruz Kəngərli Muzeyində, Xalça Muzeyində, müqəddəs Əshabi-Kəhf ziyarətgahında, Naxçıvan Dövlət Tarix Muzeyində, habelə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonunda və Əcəmi seyrəngahında olduqları zaman çəkdiyi fotoşəkillər paylaşılıb. 

Ardını oxu...

Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalamışdır. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunmuşdur.

Mayın 28-də Naxçıvan şəhərinin baş meydanında - Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində iştirak etmişdir. 

Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.

Ardını oxu...

“Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü muxtar respublikada silsilə tədbirlərlə qeyd olunur. Tədbirlər Planına uyğun olaraq 21-24 may tarixlərində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilmişdir.

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılmışdır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak etmişdir. 

Ardını oxu...

“Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılışı olmuşdur

Mayın 23-də Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada silsilə tədbirlər keçirilir. “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən həmin Tədbirlər Planına uyğun olaraq keçirilir. 

Ardını oxu...

Qüruru və əzəməti bir-birini tamamlayan “Mənim Naxçıvanım” adlı fotosərgi açılıb

Mayın 22-də Bakı şəhərindəki “Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı ­fotosərgisi açılıb.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, habelə Milli Məclisin deputatlarının qatıldığı fotosərgidə əvvəlcə qonaqlar Naxçıvana həsr edilmiş ­videoçarxa baxıblar.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndə­liyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin Naxçıvana ithaf edilməsinin önəmini qeyd edən Bəxtiyar Əsgərov ekspozisiyada yer alan fotoların məna və məzmun baxımından dolğunluğunu vurğulayıb. Qeyd edib ki, fotosərgi Naxçıvanın əsrarəngiz təbiətini tanıtmaq, təbliğ etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Ardını oxu...

01008560
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
169
396
178187
184118
1008560

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: