"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan zəngin turizm potensialına malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar vardır. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siya­sətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.

Ardını oxu...

Avropalı qonaqlar Naxçıvandan zəngin təəssüratlarla ayrılıblar

Xəbər verdiyimiz kimi, sentyabrın 21-23-də Naxçıvan şəhərində keçirilmiş “Avropa günləri”ndə iştirak etmək üçün Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar muxtar respublikamızda olublar. Səfər çərçivəsində avropalı qonaqlar Naxçıvan şəhərinin tarixi abidələrini və mədəniyyət müəssisələrini ziyarət edib, muxtar respublikanın iqtisadiyyat, təhsil, turizm, mədəniyyət sahələri ilə yaxından tanış olublar. Diplomatlar Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” qəzetinin əməkdaşları ilə bölüşüblər. 

Kestutis Yankauskas – Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri: – Bu, mənim Naxçıvana artıq üçüncü səfərimdir. Diyarınız çox gözəldir. Xüsusən buradakı təmizlik və qonaqpərvərlik insanı özünə çəkir. Əvvəlki səfərlərimdə az da olsa, Naxçıvanı gəzmək imkanım olub və deyə bilərəm ki, bir litvalı kimi buradakı uca dağlar və mineral sular mənim üçün çox cazibədardır. Hesab edirəm ki, ölkənizə və o cümlədən Naxçıvan Muxtar Respublikasına gətirilən turistlərin sayını artırmaq imkanları genişdir. Ona görə də qarşıdakı dövrdə Azərbaycan Respublikasına, o cümlədən Naxçıvan Muxtar Respublikasına səyahət edən avropalı turistlərin sayını artırmaq üçün səylər göstərilməli, turagentlər bu istiqamətdə işləməli, bir-birimizi daha yaxından tanımalıyıq. Düşünürəm ki, sıx turizm ­əlaqələri hər iki tərəfi bir-birinə daha da yaxınlaşdıracaq.

Ardını oxu...

Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olmuşdur

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilmişdir. 

Əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilmişdir.

Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlamışlar. 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmiş, nümayiş olunan sərgilərə baxmışdır. 

Ardını oxu...

Təbii şəfa mənbələri muxtar respublikanın müalicəvi turizm bölgəsi kimi tanıdılmasında mühüm rol oynayır

Müasir dünyada turizm inkişaf istiqamətlərinə və gəlirliyinə görə ən çox diqqəti cəlb edən sahələrdəndir. Mövcud potensialın qiymətləndirilməsi və istifadəsi əsasında daha çox turistin cəlb edilməsi turizmin əsas məqsədlərindəndir. Buna görə də müxtəlif turizm resurslarından istifadə hazırda bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Son illərdə dünyada müalicə məqsədli turizm səyahətlərinin artması bu sahənin inkişafına da yeni imkanlar açıb. Çünki insanlar üçün ən böyük nemət olan sağlamlığın qorunması gündən-günə daha da aktuallaşır. Ümumdünya Turizm Təşkilatının analoji olaraq hər il yayımladığı məlumatlarda da bu turizm növünün xidmətlərindən yararlananların sayının artdığı bildirilir. Hazırda bütün dünyada müalicə-sağlamlıq turizminin payı ümumi turizm dövriyyəsinin 14 faizinə çatıb. 

Qeyd etmək lazımdır ki, müalicə turizmi resursları hər turizm bölgəsi üçün xas deyil. Burada təbii amillər böyük rol oynadığından bu turizm növünü hər yerdə inkişaf etdirmək də mümkün deyil. Lakin lazımi potensiala malik, eyni zamanda bu potensialdan səmərəli istifadə etməyi bacaran ölkələr və yaxud bölgələr üçün müalicə turizmi bu gün ən çox diqqət mərkəzində olan turizm növüdür. Bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin müalicə turizmi imkanları ilə seçilir.

Ardını oxu...

Naxçıvanda “Milli geyimlər” festivalı keçirilmişdir

Sentyabrın 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər” festivalı ­keçirilmişdir. 

Tədbirin aparıcıları qeyd etmişlər ki, geyimlər hər bir xalqın maddi-mədəniyyətini və özünəməxsusluğunu əks etdirir. Dekorativ-tətbiqi sənətin mühüm bir qolunu təşkil edən milli geyimlərin tikilməsi, toxunması ənənəsi ilə əcdadlarımız hələ Tunc Dövründə məşğul olmağa başlamış, əyirmə, hörmə və arxaik şəkildə tikmə işləri, nadir sənət nümunələri yaratmışlar. Onuncu əsr ərəb müəlliflərinin məlumatlarına görə, Azərbaycan sənətkarları satış üçün yun, pambıq, ipək parça və paltarlar hazırlayırdılar. Bu parça və geyim növləri içərisində Naxçıvanda ­hazırlanmış çuxalar Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda şöhrət qazanmışdır. Məşhur türk səyyahı Övliya Çələbi Naxçıvanda yüksəkkeyfiyyətli basma parçaların istehsal olunduğunu, satış üçün uzaq və yaxın xarici ölkələrə ­göndərildiyini qeyd etmişdi.

Ardını oxu...

“Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri ilə yaxından tanış olublar

Sentyabrın 7-də “Naxçıvan” Universitetində “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın plenar iclası keçirilib, tədbir bölmə iclasları ilə davam edib. Sentyabrın 8-də konfrans AMEA Naxçıvan Bölməsində yekun iclası ilə öz işini başa vurub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq keçirilən konfransın bölmə iclaslarının fəaliyyəti ilə bağlı məlumat diqqətə çatdırılıb, konfransın əhəmiyyətindən bəhs edilib. Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib. 

Konfrans iştirakçıları muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri ilə də yaxından tanış olublar. Əvvəlcə qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə gəliblər. Xan sarayında onlara məlumat verilib ki, bu iqamətgah Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş bu saray üç mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir. 

Ardını oxu...

00823997
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
349
843
4898
823997

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: