"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək

Noyabrın 10-u və 11-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları”  festivalının açılışı noyabrın 10-u saat 11:00-da olacaq.

Öz ətri və dadı ilə seçilən meyvələri, cəvizi, badamı, xüsusi zövqlə hazırlanan pendiri, qaymağı, xaması, yağı, məşhur qovurması, ana təbiətin bəxş etdiyi qızılgül, limon ətirli kəklikotusu, dərman bitkiləri və yabanı giləmeyvələri tarixən Naxçıvana şöhrət gətirmişdir.

Ənənəvi keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında təbii Naxçıvan nemətləri əhaliyə təklif ediləcək.

 

"Nuhçıxan" İnformasiya Agentliyi

Naxçıvanda turizmin müxtəlif növlərini inkişaf etdirmək üçün geniş imkanlar var

“Naxçıvan” Universitetinin bir qrup əməkdaşı Avrasiya Universitetlər Birliyinin Sammitində Xoca Əhməd Yasəvi adına Qazaxıstan Türk Universiteti ilə əməkdaşlığa dair razılığa gəlib, bununla bağlı universitetlərarası müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq tələbə-müəllim mübadiləsinə başlanılıb. Əməkdaşlıq çərçivəsində bu yaxınlarda Qazaxıstan Respublikasının Əhməd Yasəvi Universitetinin müəllimi, turizm üzrə fəlsəfə doktoru, dosent Aktolkin Əbubəkirova bir ay müddətində turizm ixtisasını tədris etmək üçün “Naxçıvan” Universitetinə gəlib.

Qonağımızla həmsöhbət olduq. Qazaxıstanlı qonaq bizimlə təəssüratlarını bölüşərək bildirdi ki, muxtar respublikada həyatın bütün sahələrində, xüsusən də elm və təhsil sahəsində sürətli inkişaf var. “Naxçıvan” Universiteti üçün də inşa edilmiş müasir korpuslarda, kitabxana binasında, idman zalında, eləcə də tələbələrin rahatlığı üçün yataqxanada, həmçinin sosial xidmət mərkəzində hərtərəfli şərait yaradılıb. Belə möhtəşəm ali təhsil ocağında olduğumdan qürur duyuram. Bu ali məktəb dünyanın ən müasir və nüfuzlu təhsil müəssisələri səviyyəsindədir. Hər bir ali təhsil ocağının nüfuzu, sözsüz ki, həm də onun çalışqan, zəhmətsevər müəllimləri, gələcəyə inamla, nikbin nəzərlərlə baxan tələbələridir. Burada da belə müəllimlər və tələbələr var.

Ardını oxu...

Oktyabr ayında muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülüb

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən   2018-ci ilin oktyabr ayı ərzində turizmin inkişafı istiqamətində bir sıra işlər görülmüşdür. Ay ərzində reklam materiallarının hazırlanması diqqət mərkəzində saxlanılmış, “Naxçıvan şəhəri üzrə turist xəritəsi”nin layihəsi hazırlanıb ilkin baxış üçün təqdim edilmişdir.

Naxçıvan Turizm İnformasiya Mərkəzində də təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, mərkəzə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmışdır. Mərkəzə müraciət etmiş 13 nəfər (1-i Naxçıvan Muxtar Respublikasından, 1-i Bakı şəhərindən, 3-ü İran İslam Respublikasından, 2-si Türkiyədən, 1-i Kanadadan, 1-i Rusiyadan, 1-i Çexiyadan, 1-i İspaniyadan, 1-i Almaniyadan, 1-i isə Yaponiyadan) yerli və xarici turistin maraqlarının öyrənilməsi diqqət mərkəzində saxlanılmış, daxil olan müraciətlər məzmununa uyğun olaraq cavablandırılmışdır. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 1, telefon vasitəsilə 3 müraciət daxil olmuşdur.

Ardını oxu...

Yeni qurum muxtar respublika turizminə öz töhfəsini verəcək

Turizm hər bir ölkə üçün iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən biri sayılır. Çünki turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə tərəqqi edən iqtisadi sektora çevrilib. Həmin sektorun davamlı olaraq genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. 

Son illərdə Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir, müasir turizm infrastrukturunun yaradılması istiqamətində uğurlu addımlar atılır. Bu il muxtar respublikamızda turizm işinin təkmilləşdirilməsi, həmin sahənin gələcək perspektivlərinin müəyyənləşdirilməsi üçün qəbul edilən hüquqi sənədlər isə turizm quruculuğu istiqamətində görüləcək işlərin ümumi məzmununu özündə əks etdirir.

Məlum olduğu kimi, bu ilin aprel ayında muxtar respublikada mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Nax­çıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb. Ali Məclis Sədrinin 2018-ci il 9 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə” təsdiq olunub. Əsasnamədə departamentin hüquq və vəzifələri ilə yanaşı, fəaliyyət istiqamətləri də öz əksini tapıb. 

Ardını oxu...

Naxçıvanda keçirilən “Arıçılıq məhsulları- bal festivalı” başa çatıb

Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən üçüncü “Arıçılıq məhsulları-bal festivalı” oktyabrın 21-də başa çatıb.

Həmin gün arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə keçirilən müsabiqənin nəticələri elan edilib.  Müsabiqədə I yerə Ordubad rayonunun Ələhli kəndindən olan arıçı Yaşar Həbibov, Şahbuz rayonun Şahbuz şəhərindən Allahverdi Allahverdiyev, Babək rayonunun Babək qəsəbəsindən Hüseyn Orucov, II yerə Naxçıvan şəhərinin 54-cü məhəlləsindən İmran Məmmədov, Culfa rayonunun Kırna kəndindən Həsən Məmmədov, Şərur rayonunun Günnüt kəndindən Fikrət Məmmədov,  III yerə Culfa rayonunun Kırna kəndindən Fəxrəddin Vəliyev, Kəngərli rayonunun Təzəkəndindən Habil Abbasov, Sədərək rayonunun Sədərək kəndindən Mahir Əliyev layiq görülüblər. 

Qaliblərə diplomlar təqdim olunub.

Ardını oxu...

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

Oktyabrın 20-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində üçüncü "Arıçılıq məhsulları-bal festivalı" keçirilmişdir.

Tədbirin aparıcıları xalqımızın arıçılıq və bal istehsalı ilə hələ eramızdan əvvəlki dövrlərdən məşğul olması barədə məlumat vermiş, arıçılıqla bağlı yaranan folklor nümunələrini, atalar sözlərini, zərbi-məsəlləri festival iştirakçılarının diqqətinə çatdırmışlar.

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu səbəbdən də arıçılığın inkişafı diqqətdə saxlanılır. Arıçılığın əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrdən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir.

Ardını oxu...

01008659
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
268
396
178286
184217
1008659

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: