"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Yeni dövr üçün daxili turizmin inkişafına diqqət artırılır

Mövcud pandemiyanın bütün dünya ölkələrində davam etdiyi bir şəraitdə turizmin inkişafı da maraqdoğuran məsələlərdəndir. Bu istiqamətdə bir çox dövlətlərdə olduğu kimi, ölkəmizdə də daxili turizmin inkişafı perspektiv məqsədlər arasında yer almaqdadır. Cari ildə iyun ayından başlayaraq sosial məsafə şərtləri daxilində turların təşkilinə başlanılması muxtar respublikamızda daxili turizm üzrə mövcud resurslarımızdan maksimum istifadə məsələlərini gündəmə gətirir. Çünki turizm və rekreasiya istənilən şərtlər daxilində hər bir insanın əsas tələbatlarından biridir.  

Beynəlxalq turizmdən fərqli olaraq, daxili turizm sırf ölkə daxilində həyata keçirilən səyahətlər hesabına formalaşır. Valyuta gəlirləri gətirməsə də, daxili turizm getmə turizmdən ölkənin itirdiyi valyuta vəsaitlərinin qarşısını aldığı üçün idxaləvəzləyən turizm tipi də hesab olunur. Bundan başqa, əcnəbi turistlərin səfərləri zamanı zəruri olan bir sıra ciddi rəsmiyyətçilik və tənzimləmə tədbirlərinə ehtiyac duyulmayan daxili turizmdə başqa ölkələrdən gələ biləcək hər hansı təhlükənin, o cümlədən turistlərin daşıyıcısı ola biləcəyi kəskin yoluxucu xəstəliklərin yayılması riski olduqca aşağıdır. Ona görə də “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamında daxili turizmin də bundan sonrakı dövrdə prioritet olacağı göstərilib, digər sahələrlə yanaşı, bu sahənin inkişafının dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədəuyğun hesab edilib. 

Ardını oxu...

Muxtar respublikanın turizm potensialı artır

Turizm dünyada sürətlə inkişaf edən iqtisadi sektorlardan biridir. Ölkəmizdə də bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Mehmanxanalar, istirahət kompleksləri inşa edilir, keçirilən idman yarışları, musiqi festivalları, mədəniyyət tədbirləri, simpoziumlar və digər beynəlxalq tədbirlər ölkəyə gələn turistlərin sayını ildən-ilə artırır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da füsunkar təbiəti, tarixi abidələri, müasir infrastrukturu ilə yerli və xarici turistlərin marağını cəlb etməkdədir.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş Fəaliyyət Proqramında da qeyd olunmuşdur ki, “Müasir dövrdə turizm iqtisadi inkişafın vacib sahəsi kimi götürülür. Ona görə də muxtar respublikanın mövcud turizm imkanlarının tanıdılması və bu sahədə yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı tədbirlər görülməli, ölkə və xarici turizm şirkətləri ilə əlaqələr gücləndirilməli, turist cəlbi sahəsində mütərəqqi layihələr həyata keçirilməlidir”.

Ardını oxu...

Azərbaycanın ən böyük buzxana abidəsi Naxçıvan şəhər buzxanası

“Hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir...” Yəqin ki, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Buz” hekayəsindəki bu fikirlər çoxlarına tanışdır. Böyük ədibin uşaqlıq dövrünün təəssüratları altında qələmə aldığı bu hekayədən bəlli olur ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan şəhərinin küçə və meydanlarında, bazarlarda buz satışı təşkil olunarmış. Əhali bu cür buz parçalarından sərinləmək üçün soyuq içkilərin hazırlanmasında, müxtəlif ərzaqların saxlanılmasında, təbabətdə geniş istifadə edərmiş. 

Naxçıvanın kəhriz və bulaqlarından göz yaşı kimi çağlayaraq axan sudan hazırlanan bu cür təbii buz parçaları yayın qızmar günlərində hər kəsə xoş gələrmiş. Belə təbii buzlar isə yerli buzxanalarda hazırlanarmış. Buzu hazır­lamaq üçün binaya çəkilmiş kəhriz suyu qış aylarında zirzəmiyə yığılaraq buz halına salınar, əriməməsi üçün onların aralarına saman tökülərmiş. Bu işlə məşğul olan adamlar yay aylarında ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar və satışını təşkil edərmişlər. Bəzi tədqiqatçılara görə isə axan su buzxana yaxınlığında xüsusi hazırlanmış bir meydançaya yığılaraq dondurular, sonra kəsilən buz parçaları buzxana binasına daşınaraq burada saxlanılarmış. Buna görə də orta əsrlərdən üzübəri Şərq aləmində məscid və hamamları, qala və saray kompleksləri ilə məşhur olan Naxçıvan həm də buzxana binaları ilə tanınmışdır. Hazırda belə buzxanalardan ən böyüyü Naxçıvan şəhər buzxanasıdır. 

Ardını oxu...

Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib

Naxçıvanın qədim tarixi, mədəniyyəti və zəngin mətbəxi turizmin inkişafı üçün geniş imkanlar açır. Bu torpaqda min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izləri həm də tarixi abidələrdə - buzxanalarda yaşadılır. Qədimdə insanların buza olan tələbatını ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı buzxanalarda bu gün milli mətbəx nümunələrimizin təbliği tarixi və mədəni irsimizin yaşadılmasına hesablanmış tədbirlərdəndir. Ali Məclis Sədrinin tapşırığı ilə Naxçıvan şəhərindəki buzxananın bərpa olunması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.   

Ardını oxu...

Koronavirus pandemiyasının turizm sahəsinə təsiri ilə bağlı konfrans olub

“Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın bir sıra ali təhsil ocaqlarının müəllimləri, turizm sahəsi üzrə mütəxəssislər arasında “Koronavirusla mübarizədə Naxçıvan modeli, virusun sosial-iqtisadi, turizm sahələrinə təsiri” mövzusunda onlayn konfrans keçirilib.

Ardını oxu...

Naxçıvan şəhəri üzrə piyada marşrutu əsasında ekskursiya keçirilmişdir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Turizm Departamentinin hamiliyinə verilmişdir. Adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsi və təcrübəli kadr kimi formalaşdırılması məqsədilə Departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin Departamentdə və Departamentin tabeliyindəki müəssisələrdə, eləcə də muxtar respublikada fəaliyyət göstərən mehmanxanalarda və turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təmin olunur, onların muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Tələbələrin peşə hazırlığını yüksəltmək və turizm fəaliyyətində birbaşa iştiraklarını təmin etmək məqsədilə “Turizm könüllüsü” layihəsi həyata keçirilir.

Ardını oxu...

00823985
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
24
349
831
4886
823985

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: