"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bakı rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 26-da Bakı şəhərinin Sabunçu, Suraxanı, Nizami, Xəzər, Nərimanov və Pirallahı rayonlarının məktəblərindən 160 şagird Naxçıvan Muxtar Respublikasına yola düşüblər.

Şagirdlər martın 30-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olacaqlar.

Tur-aksiyanın əhəmiyyətindən danışan Sabunçu rayonundan olan qrup rəhbəri Ceyhun Abbasov bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının bu mərhələsində məktəblilər indiyədək görmədikləri bölgələrimizdə olacaq, o yerləri daha yaxşı tanıyacaqlar. Bu, şagirdlərimizdə vətənpərvərlik hissinin yüksəlməsinə səbəb olacaq. İnanırıq ki, uşaqlar səyahətdən xoş təəssüratlarla qayıdacaqlar.

Məktəbli Həsən Ağayev sevincini belə ifadə edib: “Artıq bir neçə ildir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası təşkil olunur. Bu layihə bizə ölkəmizin tarixini və mədəniyyətini daha dərindən öyrənməyimizə kömək edir. Bu gün biz Naxçıvan Muxtar Respublikasına yola düşürük. Naxçıvanı görmək çoxdankı arzumuz idi”.

Ardını oxu...

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilib

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilibMartın 26-sı “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən 9-cu maarifləndirici tur-aksiyanın martın 26-dan 29-dək olan növbəti mərhələsinə start verilib. İlk mərhələ martın 15-18-ni əhatə edib.

9-cu tur-aksiyada altı istiqamət üzrə Naxçıvan MR də daxil olmaqla 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3393 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 20 mindən çox olacaq.

Xatırladaq ki, ənənəvi olaraq beş ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 8 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 16 min 860 nəfər iştirak edib.

Ardını oxu...

Naxçıvanla bağlı məqalə Qırğızıstanın rəsmi internet səhifəsində çap olunub

Naxçıvanın bu il İslam Mədəniyyətinin paytaxtı seçilməsi İslam ölkələrinin yurdumuza marağını artırıb. Dünya ölkərinin mətbuatında mütəmadi olaraq Naxçıvanla bağlı məqalələr çap olunur.

Növbəti məqalə isə Qırğızıstanın kabar.kg agentliyinin rəsmi internet səhifəsində çap olunub.

Məqalə Naxçıvan İslam Mədəniyyəti-2018 rəsmi internet saytının açılmasından bəhs edir. Qeyd olunur ki, Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018 rəsmi internet saytı Azərbaycan və İngilis dilində hazırlanmış, 8 ana bölüm və 27 alt bölümdən ibarətdir.

Məqalədə bəhs olunur ki, 2009-cu il oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Nazirlərinin Bakıda keçirilən 6-cı konfransında alınan qərara görə Naxçıvan şəhəri 2018-ci il İslam Mədəniyyətinin paytaxtı seçilib.

Yeni yaradılan saytda Naxçıvanın tarixi, mədəniyyəti, abidələri, İslam dünyasında tutduğu yeri və mövqeyi barədə ətraflı məlumatlar və fotoşəkillər yerləşdirilib.

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara start verilib

Azərbaycan Prezidenti cənab ­İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarif­ləndirici tur-aksiyalara martın ­ 15-də Naxçıvan şəhərində də start verilib.

Tur-aksiya çərçivəsində Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb. Məktəblilər Bakı şəhərində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə də tanış olacaqlar.

Bakı şəhərinə yola düşən tur-­aksiya iştirakçısı, Naxçıvan şəhər 2 nömrəli məktəbin 11-ci sinif şagirdi Murad Quluzadə ilə söhbətimizdə bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi, ümumilikdə, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsinə geniş şərait yaradır. Bakıya səfəri zamanı paytaxtımızın inkişafının canlı şahidi olacağını qeyd edən Murad Quluzadə deyib: “Dövlətimizin başçısının tövsiyəsi ilə reallaşan bu layihə sayəsində biz şagirdlər ölkəmizi daha yaxından tanıyacağıq. Bizə bu şəraiti yaratdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Ardını oxu...

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri Asiya regionu üzrə 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır

Azərbaycan Respublikasının 1991-ci ildən üzvü olduğu və fəal əməkdaşlıq etdiyi İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) rəsmi internet səhifəsində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar fotogörüntülər, həmçinin ərəb, ingilis və fransız dillərində məqalə yerləşdirilib. “Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri Asiya regionu üzrə 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır” sərlövhəli məqalənin mətnini oxucularımıza təqdim edirik. 

Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu şəhər 5,5 min kvadratkilometr əraziyə və təqribən, 450 min nəfər əhaliyə malik olan, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və Ermənistan Respublikası ilə həmsərhəd Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. 

Naxçıvanın muxtariyyət tarixi 1921-ci ildə imzalanmış iki mühüm beynəlxalq sənəddə – Moskva və Qars müqavilələrində əks olunub. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin 5-ci maddələri muxtariyyətin və eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisinin əsaslarını müəyyən edir. Bu sənədlərə əsasən 1924-cü ildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yaradılıb.

Ardını oxu...

Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri NaxçıvanTurizm İnformasiya Mərkəzində ekskursiyada olublar

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Təhsil və mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri NaxçıvanTurizm İnformasiya Mərkəzində ekskursiyada olublar.

Ekskursiyanın keçirilməsində məqsəd  uşaqların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, onlara doğma vətənini sevdirmək, tarixi abidələrlə tanış etmək, yeniyetmələrə vətəndaşlıq hissləri aşılamaq, tariximizi özündə əks etdirən eksponatlar haqqında məlumat vermək, tariximizi unutmamaq və onu gələcək nəsillərə ötürməkdən ibarətdir.

Mərkəzin baş məsləhətçisi Sona İsmayılova Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılmasından və onun vəzifələri haqqında dərnək üzvlərinə məlumat verdi. Qeyd edildi ki, mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi Zaviyə-Mədrəsə binasında davam etdirir.

Ardını oxu...

01008627
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
236
396
178254
184185
1008627

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: