"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpa olunub

Yaxın Şərqin qədim ticarət mərkəzlərindən biri olan və Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvandakı körpülər tarixi-mədəni irsimizin bir parçasıdır. Karvan yollarını birləşdirən qədim körpülər memarlıq quruluşu və mühəndislik texnikası ilə seçilmiş, xalqımızın mədəni inkişafının göstəricisinə çevrilmişdir. Muxtar respublikada tarixi abidələrin bərpası sahəsində görülən işlər qədim memarlıq abidələri olan körpüləri də əhatə etmişdir.

Noyabrın 30-da Qazançı körpüsü tarixi memarlıq abidəsi bərpadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Ardını oxu...

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı sahəsində mühüm tədbirlər görülür. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, keyfiyyətli və rəqabətədavamlı turizm infrastrukturunun yaradılması üçün geniş imkanlar açmışdır. 
Əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Şahbuz rayonunun Ağbulaq kəndi kənd turizmi üçün əlverişli şəraitə malik olduğuna görə burada mühüm tədbirlər həyata keçirilmişdir. Ağbulaq kəndində fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb ­məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırmış, Ağbulaq İstirahət Mərkəzi yaradılmışdır. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülmüş, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilmişdir. 
Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilmiş, kənddəki evlər yenidən qurulmuş, dam örtükləri və fasadlar yenilənmiş, turistlərin qəbulu üçün lazımi kommunal-məişət şə­­raiti yaradılmış, təsərrüfat binaları tikilmişdir. Bundan əl­a­və kənddə Ağbulaq Xizək Mərkəzinin yaradılmasına ­başlanılmışdır. 

Ardını oxu...

Türk dünyasına açılan qapı - Naxçıvan

Yeraltı və yerüstü sərvətləri, zəngin faydalı qazıntıları, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur olan, Gəmiqaya abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatlar və tarixi abidələr diyarı Naxçıvan Muxtar Respublikası bu gün həm də dünyanın gözəl turizm məkanlarından biridir.

Muxtar respublikanın əlverişli coğrafi-siyasi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbiəti, zəngin və çeşidli heyvanat aləmi, zəngin tarixi-mədəni irsi, özünəməxsus zəngin mətbəxi, yüksək qonaqpərvərlik ənənələri, hər yerində, hətta ən ucqar nöqtələrində belə muxtar respublika rəhbərinin yaratdığı müasir şərait və infrastruktur Naxçıvanda turizmin geniş  inkişafına imkan verir.

Naxçıvan muxtar respublikası əlverişli siyasi-coğrafi mövqeyə malikdir. Belə ki, qardaş Türkiyə Respublikası və İran İslam Respublikası kimi turizm potensialı böyük olan ölkələrlə sərhəd olması, Böyük İpək Yolunun üzərində yerləşməsi Naxçıvanda turizmin inkişafına şərait yaradan əsas amillərdəndir. Burada turizmin tarixi-mədəni, ekoloji və kənd yaşıl, ziyarət, müalicə və digər sahələri inkişaf etdirir. Naxçıvanın ərazisinin əsas hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrindən və Arazboyu uzanan ovalıqlardan ibarətdir. Ərazinin 75 faizi dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Bu diyar füsünkar təbiəti, rəngarəng bitki örtüyü və heyvanlar aləmi ilə seçilir. İlk baxışda muxtar respublika ərazisi nə qədər quru və çılpaq görünsə də, daxilən bir o qədər zəngin və rəngarəngdir.

Ardını oxu...

“Virtualnakhchivan.az” internet portalının təqdimatı olub

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda “virtualnakhchivan.az” internet portalının təqdimatı ­keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir ­Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirmişdir. Muxtar respublikada tarixi və mədəni abidələr bərpa olunmuş, yeni otel və istirahət mərkəzləri tikilmiş, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqları istifadəyə verilmiş, avtomobil yolları yenilənmişdir. Muxtar respublikada təhlükəsiz həyat şəraiti yaradılmışdır.

Ardını oxu...

Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib

Noyabrın 10-da "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib. 

 Tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının inkişaf tarixi və bu sahədə görülən işlər barədə məlumat veriblər. 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov çıxış edərək demişdir ki, muxtar  respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu da kiçik və orta sahibkarlığın inkişafına  əlavə  imkanlar  açır. Ədalət Hüseynov ailə təsərrüfatlarının inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmişdir.

Ardını oxu...

Tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzi ilə tanış olublar

Noyabrın 12-də Naxçıvan Turizm İnformasiya Mərkəzində Naxçıvan Dövlət Universitetinin turizm və otelçilik ixtisasında təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikası Turizm Departamentində istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Piri Nağıyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirmişdir. Muxtar respublikada tarixi və mədəni abidələr bərpa olunmuş, yeni otel və istirahət mərkəzləri tikilmiş, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqları istifadəyə verilmiş, avtomobil yolları yenilənmişdir.

Ardını oxu...

00823798
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
186
143
644
4699
823798

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: