"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Qazaxıstanda “Duzdağ günləri” adlı beynəlxalq konfrans keçirilib

Qazaxıstanın Astana şəhərində “Duzdağ günləri” adlı beynəlxalq konfrans keçirilib. Əvvəlcə Naxçıvanın qədim tarixi və bugünkü inkişafı, eləcə də Naxçıvan Duz dağı ilə bağlı film nümayiş olunub, duz kristalları, Duzdağ Fizioterapiya Mərkəzinin və Duzdağ Hotelinin fəaliyyətindən bəhs edən kataloq, broşür və digər əyani vəsaitlər sərgilənib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Piri Nağıyev konfransda çıxış edərək Naxçıvanın qədim tarixindən və bugünkü inkişafından danışıb, muxtar respublikada turizm sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib. “Duzdağ” Hoteli və Fizioterapiya Mərkəzinin həkimi Nazim İbrahimli isə Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib, ilin bütün fəsillərində mərkəzə müraciət edən xəstələrin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığını bildirib.

Ardını oxu...

Tələbələr Hüseyn Cavidin ev muzeyində olublar

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Hüseyn Cavidin ev muzeyində olublar.

Qeyd olunub ki, muzey 1981-ci ildə romantik Azərbaycan ədəbiyyatının banisi Hüseyn Cavidin doğulduğu evdə təşkil olunmuşdur. Fondunda 9365 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və  proqramları, müxtəlif xatirə və ev əşyaları var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri, Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri də sərgilənir.

Muzeyin ekspozisiyası ilə tanışlıqdan sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Tələbələr Xatirə Muzeyində

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Xatirə Muzeyində olublar.

Burada onlara məlumat verilib ki,Xatirə muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. Həmçinin qeyd olunmuşdur ki, muzeydə soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və  onlara aid olan digər materiallardan ibarət ümumilikdə 1874 eksponat mühafizə olunur və nümayiş etdirilir.

Muzeyin ekspozisiyası ilə tanışlıqdan sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 

Səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək

Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. 
Sonra Naxçıvan Dövlət Universitetinə gələn qonaqlar buradakı fakültələr ilə tanış olub, İnformasiya-kommunikasiya texnologiyaları və Media mərkəzlərinin fəaliyyətləri ilə yaxından maraqlanıblar.
Ali təhsil ocağının Naxçıvan Atatürk Araşdırma Mərkəzində Türkiyə Respublikasından gələn nümayəndə heyətinə bildirilib ki, mərkəzin əsas məqsədi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətini dərindən araşdırıb öyrənməkdir. 
Görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu müxtəlif ölkə­lərin universitetləri ilə apardığı tələbə-müəllim mübadiləsi haqqında məlumat verib. Vurğulanıb ki, ali təhsil ocağı hazırda ERASMUS+, Mövlana proqramları çərçivəsində Türkiyə Respublikasının universitetləri ilə qarşılıqlı tələbə-müəllim mobilliyi həyata keçirir.

Ardını oxu...

Tələbələrin istehsalat təcrübəsi davam etdirilir

Dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Naxçıvan Dövlət Xalça Muzeyində olublar.

Burada onlara xalça sənətinin yaranması, muzeyin qədim eksponatları, xalçalar və xalça məmulatları, milli geyimlər, misgərlik nümunələri və s. haqqında geniş məlumatlar verilib. Həmçinin qeyd olunub ki, 2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası yenidən qurularaq zənginləşdirilmiş, muzeyin internet saytı hazırlanmışdır. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Tələbələr “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.

Tələbələrə muzey haqqında məlumat verilərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir. Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır. 

Ardını oxu...

01008642
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
251
396
178269
184200
1008642

Tarix: 19-04-2024
Biz, sosial şəbəkələrdə: