"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir

21 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Turizm Departamentinin hamiliyinə verilmişdir. Adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsi məqsədilə Departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin Departamentdə və Departamentin tabeliyindəki müəssisələrdə, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərdə, mehmanxanalarda və turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təmin olunur, müxtəlif turizm məkanlarına ekskursiyaları təşkil edilir.

Ardını oxu...

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələr 14 dekabr 2020-ci il tarixdə “Saat Meydanı” Hotelinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, turizmdə yerləşdirmə xidməti səfərin ən əhəmiyyətli komponentlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda infrasruktur quruculuğu sahəsində atılan qətiyyətli addımlar turizmin inkişafına mühüm zəmin yaratmışdır. Artıq müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşılayır. Artan tələbata uyğun olaraq muxtar respublikamızda mehmanxana şəbəkəsinin daha da genişləndirilməsi, yeni mehmanxana binalarının tikilməsi məsələsi öz aktuallığını qoruyub saxlayır.

Ardını oxu...

“Naxçıvanın milli mətbəxi” mövzusunda seminar keçirilmişdir

10 dekabr 2020-ci il tarixdə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetinin “Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri üçün “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri Mətanət Quliyeva açaraq milli mətbəx nümunələrinin öyrənilməsi və təbliğində bu cür tədbirlərin mühüm rol oynadığını bildirmişdir.

Daha sonra “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova çıxış edərək Mərkəzin fəaliyyəti haqqında tələbələrə geniş məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2009-cu il tarixli Sərəncamına əsasən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi yaradılmışdır. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin, qədim mətbəx nümunələrinin, eləcə də milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması, qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Ardını oxu...

Turizm könüllülərinin iştirakı ilə Ordubad şəhərinə ekskursiya təşkil olunmuşdur

8 dekabr 2020-ci il tarixdə Ordubad şəhəri üzrə piyada marşrutunun proqramına əsasən “Turizm könüllüsü” layihəsinın iştirakçıları üçün ekskursiya təşkil olunmuşdur.

Ekskursiya başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət və Naxçıvan universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan Muxtar Respublikası  Turizm Departamentinin hamiliyinə verilmişdir. Adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsi və təcrübəli kadr kimi formalaşdırılması məqsədilə Departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin Departamentdə və Departamentin tabeliyindəki müəssisələrdə, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən mehmanxanalarda və turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təmin olunur, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Departament tərəfindən həyata keçirilən “Turizm könüllüsü” layihəsinin məqsədi tələbələrlə aparılan işlərin səmərəliliyini daha da artırmaqdan ibarətdir.

Ardını oxu...

Sanitariya və gigiyena sertifikatlarının təqdimat mərasimi keçirilmişdir

16 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində sanitariya və gigiyena sertifikatlarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin, eləcə də turizm könüllülərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq bildirmişdir ki, hazırda dünyada COVİD-19 pandemiyası davam etməkdədir. Dünyada pandemiya nəticəsində ən çox zərər çəkən sektorlardan biri də turizm sektorudur. Lakin muxtar respublikamızda aparılan dinamik inkişafa və tərəqqiyə hesablanmış dövlət siyasəti pandemiya dövründə də öz sözünü dedi. Muxtar respublikada virusla mübarizə sahəsində atılan addımlar pandemiyanın təsirlərini minimuma endirdi.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində də pandemiya dövründə onlayn fəaliyyət davam etdirilmişdir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın pandemiya dövründə onlayn formada icrası mümkün bütün bəndləri üzrə kompleks iş aparılmışdır. Reklam-informasiya materiallarının hazırlanmasına diqqət artırılmış, sosial şəbəkələr vasitəsilə fəaliyyət gücləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının turizm loqosu hazırlanmış və təqdimat mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının turizm potensialı Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifə, qrup və kanallarında təbliğ edilmişdir. Həmçinin kadr hazırlığı da diqqətdə saxlanılmış, mütəmadi olaraq onlayn konfrans və görüşlər keçirilmişdir.

Ardını oxu...

“Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi keçirilir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən 10 noyabr 2020-ci il tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. Qrafikə uyğun olaraq 10 noyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək tələbələr Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində olmuş və Departamentin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Bildirilmişdir ki, muxtar respublikamızda bütün sahələr kimi turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə dövlət səviyyəsində göstərilən davamlı qayğının nəticəsidir ki, muxtar respublikamız ilin bütün fəsillərində öz gözəlliyini və cəlbediciliyini qoruyub saxlayır.

Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 23 aprel tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılmışdır. Bu addım turizm sahəsi üçün mühüm töhfə olmaqla yanaşı, yeni inkişaf mərhələsinin də əsasını qoymuşdur. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Milli Dəyərlər Muzeyinin yerləşdiyi tarixi binanın bərpa olunaraq istifadəyə verilməsi və müasir tələblərə cavab verən iş şəraitinin yaradılması Departamentin fəaliyyətinə göstərilən diqqət və qayğının əyani ifadəsidir.

Ardını oxu...

00824156
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
195
349
1002
5057
824156

Tarix: 29-03-2024
Biz, sosial şəbəkələrdə: