"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İslam Səfərlinin anadan olmasının 95 illik yubileyi qeyd olunub

İmran Qasımov adına Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində görkəmli şair İslam Səfərlinin anadan olmasının 95 illik yubileyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Rüşanovun və İmran Qasımov adına Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sədaqət Əsgərovanın çıxışları dinlənilmişdir.

Çıxışlarda qeyd olunmuşdur ki, əzəli və əbədi türk torpağı olan qədim Naxçıvanda dünyaya göz açan, bu yurdun minillikdən soraq verən tarixi abidələri ilə isinən İslam Səfərli ruhən, qəlbən bu torpağa bağlı sənətkar-vətəndaş idi.

17 yaşından bədii yaradıcılığa başlayan İslam Səfərli böyük yaradıcılıq yolu keçmiş, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. XX əsrin 50-70-ci illərində Azərbaycan poeziyasına öz dəsti-xətti ilə gəlmiş, şair İslam Səfərli kimi tanınmış, nəğmələri dillər əzbəri olmuşdur.

İslam Səfərli Böyük Vətən Müharibəsinə könüllü gedənlərin sırasında olmuş, 416-cı Taqanroq diviziyasında zəfərlə xidmət etmişdir. Onun şeirləri cəbhə qəzetlərində çap olunmuşdur. Müharibə mövzusu şairin yaradıcılığında mühüm yer tutmuşdur.

Bir-birindən maraqlı poemalar müəllifi, nəğməkar şair İslam Səfərli həm də tanınmış dramaturq kimi böyük uğurlar qazanmışdır. "Göz həkimi" pyesi kifayət edir ki, İslam Səfərli ürəklərdə dramaturq kimi yaşasın.

Tədbirdə Naxçıvan Texniki Kolleci tələbələrinin ifasında İslam Səfərlinin şeirlərinin bədii qiraəti, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin "Şəlalə" İnstrumental Ansamblı üzvlərinin ifasında Azərbaycan bəstəkarlarının İslam Səfərlinin sözlərinə bəstələdiyi mahnılar dinlənilmişdir.

00239035
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
407
461
1705
9408
239035

Tarix: 21-06-2018
Biz, sosial şəbəkələrdə: