"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Qırmızı papaq” tamaşası Babək rayonunda göstərilib

Martın 13-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Qırmızı papaq” tamaşasını Babək Rayon Mədəniyyət Evində uşaq və məktəblilərə göstərmişdir.

Tamaşadan əvvəl teatrın bədii rəhbər – direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək balaca tamaşaçılara Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında qısa məlumat verib. Qeyd edilib ki, teatr uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. 1989-cu ildə yaradılan teatr xarici ölkələrdə də qastrol səfərlərində olmuş və teatr fevtivallarında iştirak edərək tamaşaçı sevgisi qazanıb.

Məşhur “Qırmızı papaq” nağılı haqqında çoxsaylı filmlər, cizgi filmləri çəkilib, tamaşalar hazırlanmışdır. Fransız yazıçısı və şairi Şarl Perronun dünya şöhrətli bu nağılı əsasında hazırlanmış tamaşanın isə müəllifi tanınmış rus dramaturqu Yevgeni Şvartsdır. Tamaşada hadisələr Qırmızı papaq qızın başına gələn sərgüzəştlər üzərində qurulmuşdur. Tamaşanın əsas personajları Qırmızı papaq qız, onun nənəsi və canavardır.

“Qırmızı papaq” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Sehrli nağıllardan fərqli olaraq burada baş verən hadisələr həyat və məişət üzərində qurulub. Nənəsigilə gedən Qırmızı papaq Canavarla rastlaşır ki, bu da nağıl-tamaşanın əsas mövzusudur. Tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.

Bu maraqlı tamaşada Qırmızı papaq, Dovşan, Tülkü, Canavar, Nənə, Meşəbəyi, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, Arzu Səfərov, İbad Nəbiyev canlı və təbii canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, tərtibatçı rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, bəstəkarı Əli Məmmədovdur.

“Qırmızı papaq” tamaşası uşaq və məktəblilərə xoş əhval-ruhiyyə bəxş edib.

00291983
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
53
327
1515
3717
291983

Tarix: 16-12-2018
Biz, sosial şəbəkələrdə: