"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Musiqi Kollecinin ansambllarının konserti olub

Görüntünün olası içeriği: 2 kişi, iç mekanMartın 9-da Babək rayonunun Gərməçataq kənd mərkəzində Naxçıvan Musiqi Kollecinin “Muğam üçlüyü” və “Sazçalanlar” ansamblının konserti olmuşdur.

Qeyd edək ki, kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar əldə edilib. Kollecinin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq musiqi mədəniyyətimizə xidmət göstərirlər. Kollec təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər, həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir. 40 ildən artıqdır ki, kollecdə müxtəlif musiqi kollektivləri də yaradılıb. Gənc istedadlar musiqi sənətimizi təbliğ etməklə yanaşı, keçirilən müsabiqələrdə də fəal iştirak edirlər. Ansambllara yeni istedadların cəlb edilməsi və repertuar zənginliyinə diqqət əsas məsələlərdəndir. Hazırda kollektivlər qarşıdan gələn Novruz şənliklərinə yeni repertuar hazırlayır. Kollecin musiqi kollektivləri muxtar respublikada keçirilən bayram şənliklərində də fəal iştirak edirlər.

Konsertdə əvvəlcə sazçalanlar ansamblının ifasında “Paşaköçdü – Azərbaycan”, “Gözəlləmə”, “Gödəkdonu”, “Naxçıvangülü”, “Cəlili”, “Dağlar”, “Qəmərim”, “Baş müxəmməs”, “Qəmərcan” aşıq havaları alqışlarla qarşılanmışdır.

Naxçıvan Musiqi Kollecinin Muğam üçlüyünün ifasında səslənən “Vətən yaxşıdır” mahnısı, “Noleydi”, “Əlində sazın qurbanı” xalq mahnıları ifa edilib. Konsertin sonunda Muğam üçlüyü “Dilkeş”, “Şur”, “Segah” təsniflərini səsləndirməkləmuğamlarımızın rəngarəngliyi nümayiş etdirilmişdir.

Konsert sərhəd kəndisakinlərində xoş ovqat yaradıb.

00291984
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
327
1516
3718
291984

Tarix: 16-12-2018
Biz, sosial şəbəkələrdə: