"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Martın 5-də Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq Musiqi məktəbində Naxçıvan şəhərində fəaliyyət göstərən mədəniyyət evi və klublarda çalışan əməkdaşların iştirakı ilə "Xalq yaradıcılığı mədəni sərvətimizdir" mövzusunda dəyirmi masa keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilaçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə Cəfərova açaraq milli mədəniyyətimizin məcmusu olan milli dəyərlərimizin qorunmasından, bu işdə muxtar respublikada həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" Sərəncamı muxtar diyarımızda xalq yaradıcılığı nümunələrinin tədqiqi ilə yanaşı, milli adət-ənənələrimizin təbliği istiqamətində tədbirlərin həyata keçirilməsinə əsaslı stimul olmuşdur.

Tədbirdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov "Xalq yaradıcılığı mədəni sərvətimizdir" mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim xalq yaradıcılığımızın ən dəyərli nümunələridir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.

Vurğulanıb ki, bu gün muxtar respublikada ziyalılarımız, mədəniyyət müəssisələrimiz, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat, digər kütləvi informasiya vasitələri milli və mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işində öncül mövqedədirlər. Bu işdə mədəniyyət evləri və klublarda çalışan əməkdaşların da üzərlərinə mühüm vəzifələr düşür. Mədəniyyət evi və klub əməkdaşları həm də mədəniyyət müəssisəsinin mövcud olduğu yaşayış məntəqəsinə aid folklor nümunələrinin toplanması işinə də öz töhfələrini verməlidirlər.

Sonra mövzu ərtafında müzakirələr aparılmışdır.

 

00291984
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
327
1516
3718
291984

Tarix: 16-12-2018
Biz, sosial şəbəkələrdə: