"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Culfa rayonunda rəsm müsabiqəsi keçirilib

Martın 2-də Culfa şəhər uşaq musiqi məktəbində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” devizi altında Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan klub müəssisələrinin nəzdində fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri arasında “İncə hisslər” adlı rəsm müsabiqəsi keçirilmişdir.

Müsabiqədə 10 klub və mədəniyyət evindən 15 dərnək üzvü iştirak etmişdir. Müsabiqə hazırlanan Əsasnaməyə uyğun keçirilmiş, iştirakçıların işləri münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Münsiflər heyətinin qərarına əsasən “Gülüstan” Mədəniyyət Evinin dərnək üzvü Adıgözəlova Şanxanım I dərəcəli diploma, Milax kənd mədəniyyət evinin dərnək üzvü Zeynalova Gülay II dərəcəli diploma, Yaycı kənd mədəniyyət evinin dərnək üzvü Səbrəliyev Kamal III dərəcəli diploma, “Gülüstan” Mədəniyyət Evinin dərnək üzvü Abbaslı Fidan, Göydərə kənd mədəniyyət evinin dərnək üzvləri Hüseynli Aydan və Bayramova Çinarə fəxri fərmana layiq görülmüşdür.

Qeyd edək ki, münsiflər heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin şöbə müdiri Məmməd Məmmədov və “Gülüstan” Mədəniyyət Evinin bədii rəhbəri Aidə İbrahimova olmuşdur.

Müsabiqə Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi və Gənclər Birliyi tərəfindən təşkil edilmişdir.

 

00291984
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
327
1516
3718
291984

Tarix: 16-12-2018
Biz, sosial şəbəkələrdə: