"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Musiqi Kollecində dəyirmi masa keçirilib

Fevralın 28-də Naxçıvan Musiqi Kollecində "Oxunması zəruri olan kitablar"ın siyahısına əsasən filosof, astronom, dövlət xadimi Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsərinin gənclərin tərbiyəsində rolu" mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının metodika və biblioqrafiya şöbəsinin böyük kitabxanaçısı Nuriyyə Cəfərova Nəsirəddin Tusinin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova "Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsəri" adlı mövzu ilə çıxış etmişdir.

Çıxışlarda bildirilmişdir ki, Nəsirəddin Tusinin yaradıcılığına maraq heç zaman azalmır. Son 100 ildə dünyada həyatı və yaradıcılığı onun qədər araşdırılan ikinci bir dahi tapmaq çətindir. X-XIII əsrlər türk və Şərq intibahının ən çiçəklənən dövrü hesab edilir. Həmin əsrlərdə elm və mədəniyyətin sürətli yüksəlişi, təxminən, 300 il sonra da Avropa intibahında əsaslı rol oynayıb. İstər astronomiya, istərsə də coğrafiya sahəsində Avropa intibahına əsərləri Tusi qədər təsir göstərən ikinci bir Şərq elm adamı tapmaq çətindir. Nəsirəddin Tusi öz dövrü üçün elmin ən yüksək zirvəsi hesab edilən Marağa rəsədxanasını inşa etdirərək, orada göy cismlərinin öyrənilməsi sahəsində böyük bir məktəbin əsasını qoymuşdur.İndinin özündə dünyanın ən məşhur astronomları göy cisimlərinin öyrənilməsi ilə bağlı elmi araşdırmalar apararkən, öncə Nəsirəddin Tusinin bu sahədəki tədqiqatları ilə tanış olur və yalnız bundan sonra hər hansı bir məsələ barədə fikir söyləyirlər. Bu isə türk dünyasının yetişdirib bəşəriyyətə bəxş etdiyi Tusi idrakının böyüklüyünü göstərir.

XIII əsr görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur. Bir çox həmkarları onu həm filosof, həm də alim kimi tanıyırdılar. “Əxlaqi-Nasiri” özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekunudur. "Əxlaqi-Nasiri" Tusi tərəfindən üç dəfə yenidən işlənmişdir. Alim həmin əsərində özünün mahir bir müəllim, gözəl bir tərbiyəçi olduğunu nümayiş etdirmişdir. İnsanda olan fitri qabiliyyət və istedadlar, mühitin və şəraitin insana təsirindən geniş bəhs edən müəllif, bu işdə təlim və tərbiyənin son dərəcə böyük rolunu həyati misralarla nümayiş etdirmişdir.Tusinin "hikmət", "elm" və "əməl"ə verdiyi təriflər hələ də öz əhəmiyyətini itirməyib. “Əxlaqi-Nasiri” əsəri “Müqəddimə və kitabın yazılmasının səbəbi”, “İlk qeydlər və elmlərin bölgüsü”, 3 məqalə və 30 fəsildən ibarətdir. Yalnız yüksək savada, tərbiyəyə, qabiliyyətə, danışıq tərzinə malik olan bir şəxsin qələmindən etika və estetikada ölməz əsər sayılan “Əxlaqi-Nasiri” kimi fəlsəfi və tərbiyəvi əsər çıxa bilərdi.

Dəyirmi masada əsərdə olan məqalələr və fəsillər müzakirə edilmişdir.

00239026
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
398
461
1696
9399
239026

Tarix: 21-06-2018
Biz, sosial şəbəkələrdə: