"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muxtariyyət tariximiz” mövzusunda açıq dərs keçirilib

Fevralın 28-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan şəhər 8 №-li tam orta məktəb ilə birgə “Muxtariyyət tariximiz” mövzusunda açıq dərs keçirilmişdir.

Açıq dərsi giriş sözü ilə açan muzeyin direktoru Aləmzər İbrahimova çıxışında bildirdi ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasından 94 il ötür. Azərbaycanın qədim diyarı olan Naxçıvan indi əsl çiçəklənmə dövrünü yaşayır. Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni, humanitar sahələrdə görülən tədqirəlayiq işlər Naxçıvan Muxtar Respublikadan da yan keçmir. Naxçıvan da sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlar, iqtisadiyyatda, sosial və mədəni həyatdakı yeniliklərlə diqqəti cəlb edir. Sonra “Muxtariyyət tariximiz” mövzusunda muzeyin baş elmi işçisi Səmanə Rüstəmova çıxış edərək bildirdi ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın ictimai-siyasi həyatında Moskva və Qars müqavilələrinin böyük əhəmiyyəti olmuşdur. 1921-ci il oktyabrın 13-də bağlanmış Qars müqaviləsində 5 dövlət iştirak etmişdir. 20 maddə və 3 əlavədən ibarət olan Qars müqaviləsinin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi məsələsini bir daha təsdiqlədi, onun sərhədlərini müəyyənləşdirdi. Qars müqaviləsi tarixi sənəd olmaqla Naxçıvanın taleyini həll etdi.

Sonra Naxçıvan şəhər  8 №-li tam orta məktəbin şagirdləri “Naxçıvan” haqqında şeirləri bədii qiraət etdilər

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında qurulan “Naxçıvan Muxtar Respublikası-94” başlıqlı sərgi ilə tanış oldular.

00278799
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
51
419
1712
9887
278799

Tarix: 21-09-2018
Biz, sosial şəbəkələrdə: