"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“Lira” musiqili-intellektual oyunun IV mərhələsi keçirilib

Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında keçirilən “Lira” musiqili-intellektual oyunun IV mərhələsi başa çatıb.

Oyun başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Musiqinin inkişafı və təhsil müəssisələri ilə iş sektorunun müdiri Leyla Əlimərdanova çıxış edərək bildirib ki, “Lira” musiqili-intellektual oyununda muxtar respublikanın 26 uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin hamısının iştirak etməsi nəzərdə tutulmuş və bununla bağlı qrafik tərtib edilmişdir. Qrafikə əsasən 2017-2018-ci tədris ili ərzində keçirilən oyunların nəticəsinə əsasən, I yer tutan komandalar 2018-ci ilin ortalarında keçiriləcək final oyununda iştirak edəcəklər. Bu oyunların keçirilməsində məqsəd şagirdlərin biliyinin artırılmasına, onların intellectual səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Aparıcı qeyd edib ki, bugünkü mərhələdə 7 komanda iştirak edir. Sonra oyunda yarışacaq “Harmoniya” (Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi), “Humayun” (Naxçıvan Şəhər 4 №-li Uşaq Musiqi Məktəbi), “Arazbarı” (Şərur Rayon Yuxarı Daşarx Kənd Uşaq Musiqi Məktəbi), “Dəstgah” (Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbi),“Rast” (Şərur Rayon Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbi),“Ovşarı” (Şərur Rayon Ələkli Kənd Uşaq Musiqi Məktəbi), “Muğam” (Şahbuz Şəhər Uşaq Musiqi Məktəbi) komandaları iştirakçılara təqdim edilib.

Oyunun şərtlərinə görə, ilk olaraq komandalar arasında seçim mərhələsinin keçirilməsi haqqında məlumat verilib. Bildirilib ki, bu mərhələ iki turdan ibarətdir və hər turda 3 və 4 komanda iştirak edəcək. Hər iki turda iştirakçılara görkəmli bəstəkarların həyat və yaradıcılığı, ümumi musiqi dünyagörüşünə aid olmaqla 20 sual veriləcək və ən çox bal toplayan komandalar oyunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Əsas mərhələ hər biri 5 nəfərdən ibarət olan 4 komanda arasında keçiriləcək və 3 turdan ibarət olacaq. I və III turda görkəmli bəstəkarların həyat və yaradıcılığı, ümumi musiqi dünyagörüşünə dair suallar, II turda isə şagirdlərə musiqi əsərlərini dinləməyolu ilə təyinetmə formatında suallar veriləcək. Hər sualın düzgün cavabı 100 balla qiymətləndiriləcək. Sonda ən yüksək bal toplamış komandalar I, II, III və IV yerlərə layiq görüləcəklər.

Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər. Onlar görkəmli Azərbaycan və dünya bəstəkarları əsərlərini dinləməyolu ilə təyin ediblər, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.

Bütün suallar cavablandırıldıqdan sonar ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Rast” (Şərur Rayon Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbi) I, “Humayun” (Naxçıvan Şəhər 4№-li Uşaq Musiqi Məktəbi) II, “Harmoniya” (Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi) III dərəcəli diplomla və “Dəstgah” (Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbi) diplomla mükafatlandırılıb.

Qeyd edək ki, birinci yerlərin qalibləri ilin ortasında keçiriləcək final mərhələsində qarşılaşacaqlar.

00182888
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
316
669
1748
9583
182888

Tarix: 22-02-2018
Biz, sosial şəbəkələrdə: