"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Teatr balacalara tamaşa göstərib

sədərək rayon mədəniyyət evi ile ilgili görsel sonucuFevralın 5-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tanınmış şairə dramaturq Kəmalə Ağayevanın xalq nağılı əsasında səhnələşdirdiyi “Göyçək Fatma” tamaşasını Sədərək Rayon Mədəniyyət Evində uşaq və məktəblilərə göstərmişdir. Qeyd edək ki, bundan əvvəl Naxçıvan Dövlət Kukla Teatrı rayonun balaca tamaşaçıları qarşısında Əyyub Abbasovun xalq nağılı əsasında yazılmış “Keçinin qisası” əsərini nümayiş etdirmişdi.

Tamaşadan əvvəl teatrın bədii rəhbər – direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək balaca tamaşaçılara Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında qısa məlumat verib. Qeyd edilib ki, teatr uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. 1989-cu ildə yaradılan teatr xarici ölkələrdə də qastrol səfərlərində olmuş və teatr festivallarında iştirak edərək tamaşaçı sevgisi qazanıb.

Nağılda olduğu kimi “Göyçək Fatma” tamaşasında da ictimai məsələlər, məişətdə baş verən ədalətsizliklər fonunda göstərilir. Tamaşada cərəyan edən hadisələr məişətdə baş verən münaqişələr üzərində qurulmuşdur. Kiçik bir ailədə baş verən münaqişə getdikcə böyüyür, həddini aşır, bütün xeyirxah qüvvələr bu ədalətsizlik əleyhinə çevrilir. Fatma gözəl və nəcib insani sifətlərə malikdir. Lakin bu gözəllik, nəciblik anası öldükdən sonra ona fəlakət gətirir. Tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.

Tamaşada Göyçək Fatma rolunu aktrisa Əfsanə Ələsgərova canlı və təbii təqdim edir. Aktrisalar Ulduz Süleymanova (ögey ana), Vəsmə Quliyeva (ögey bacı) balaca Fatmanın taleyinə acımayan, ona əzab verən personajlardır.

Teatrın tanınmış aktyoru İlqar Babayevin Qarı nənə obrazı xüsusi ilə maraqlıdır. Tamaşada maskada rolunu canlandıran aktyor olduqca təbii təsir bağışlayır.

Aktyorlar İlham Babayev (İnək), Süleyman Süleymanov (Xoruz) isə tamaşada xeyir qüvvələri təmsil edirlər.

Aktyorlar İbad Nəbiyev, Arzu Səfərov, Şölə Alışova tamaşanın finalında görünərək hadisələrin açılmasında iştirak edirlər.

Tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədovdur.

Tamaşauşaq və məktəblilərə xoş əhval-ruhiyyə bəxş edib.

00261367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
246
442
688
5462
261367

Tarix: 14-08-2018
Biz, sosial şəbəkələrdə: