"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gənclər Gününə həsr olunmuş konsert olub

Bir neçə gündür ki, qədim diyarımızın paytaxtında və rayon mərkəzlərində “Gənclər Günü” ilə əlaqədar tədbirlər və konsertlər təşkil olunur.

Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsi muxtar respublikanın gənclərində sevinc və ruh yüksəkliyi yaratmışdır.

Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.

Fevralın 2-də “Gənclər Günü” münasibətlə Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində konserti olmuşdur.

Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri filarmoniya yaradılarkən onun tərkibində fəaliyyətə başlayan ilk orkestrlərdən biri olmuşdur. Kollektivin tanınmış müğənni və xanəndələrinin ifalarını musiqisevərlər həmişə rəğbətlə qarşılayırlar. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir. Dünən keçirilən konsertə Elman Əliyev və Samir Əsgərov dirijorluq etmişdir.

“Gənclər Günü”nə həsr olunmuş konsertdə əvvəlcə Orkestr dahi Üzeyir Hacıbəyovun “Əsli və Kərəm” operasından “Uvertura”nı səsləndirmişdir.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin ifasında səslənən “Azərbaycan” aşıq havası konsertin tamaşaçılarında xoş ovqat yaratmışdır.

Gənc müğənnilər İlkin Abdullayev və Nərmin Hüseynova Asəf Zeynallının “Ölkəm” romansını, Rəşid Məmmədovun “Qurban gedər eşqimiz”, Ramiz Mirişlinin “Doğma diyar”, Tofiq Əhmədovun “Güldür məni mahnılarını ifa etmişlər.

Azərbaycan Respublikasının əməkdar artistləri Qurban Qasımov, Mübariz Əsgərov Azərbaycan bəstəkarlarından Qəmbər Hüseynli, Ramiz Mirişli, Emin Sabitoğlu, Səid Rüstəmovun “Ana”, “Adın şöhrət şan yerimiz”, “Nə gözəldir Azərbaycan”, “Oxu, gözəl” mahnılarını oxumuşlar.

Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Qəribə Həsənova, Zülfüqar Mahmudov bəstəkar və xalq mahnılarını ifa etmişlər.

Konsertdə Avropa bəstəkarları Antonio Vivaldi, Lüdviq Minkusun müxtəlif mövzularda və janrlarda yazdığı əsərlər də səsləndirilmişdir.

Bir saatdan artıq davam edən konsert musiqisevərlərdə xoş ovqat yaratmışdır.

00261367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
246
442
688
5462
261367

Tarix: 14-08-2018
Biz, sosial şəbəkələrdə: