"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Kukla Teatrında “Göyçək Fatma” tamaşası nümayiş olunub

Naxçıvan Dövlət Kukla Teatrında  “Göyçək Fatma” tamaşası nümayiş olunub

Hər həftənin şənbə günü Naxçıvan Dövlət Kukla Teatrında balaca tamaşaçılar üçün tamaşalar təqdim edilir. Bu dəfə isə “Göyçək Fatma” tamaşası nümayiş olunub.

“Göyçək Fatma” tamaşasının quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Şirzad Abutalıbov, bəstəkarı Əli Məmmədov, quruluşçu rəssamı Rəfael Qədimovdur.

Teatrın bədii rəhbər-direktoru, xalq artisti  Şirzad Abutalıbov  bildirib ki, hər il olduğu kimi, bu il də repertuarımıza müxtəlif səpkidə əsərlər daxil etmişik. Bu əsərlərə Abdulla Şaiqin “Tülkü həccə gedir” əsəri, Kəmalə Ağayevanın səhnələşdirdiyi “Tıq-tıq xanım” əsəri repertuarımızda əsas yer tutur. Bayram İsgəndərlinin “Cırtdanın yeni sərgüzəşti” əsəri, Arzu Soltanın “Qırmızı, yaşıl, mavi” əsəri repertuarımıza daxil edilmişdir.

Novruz bayramı ilə bağlı kompozisiyamız olacaq ki, bunu da biz balaca tamaşaçılarımıza Novruz bayramı ərəfəsində göstərəcəyik. Bu kompozisiyanın üzərində işlər davam etdirilir.

00182882
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
310
669
1742
9577
182882

Tarix: 22-02-2018
Biz, sosial şəbəkələrdə: