"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyində gənclər günü qeyd olunub

Yanvar 31–də Babək Rayon Tarix – Diyarşünaslıq Muzeyində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi ilə Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi Gənclər Birliyi və Babək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Arzu Qasımov açaraq qeyd etmişdir ki, Naxçıvan şəhəri 2018 – ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olmuşdur və Azərbaycanın bu qədim yurd yeri Naxçıvan islam mədəniyyəti nümunələri ilə zəngindir. Tarixən Naxçıvan böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Həmçinin muzeyin direktoru gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu gənclər siyasəti bu gün ölkə prezidenti tərəfindən uğurla davam etdirilir.

Vurğulanıb ki, müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilib. “Azərbaycan gənclər siyasətinin uğurları” mövzusunda çıxış edən Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi Gənclər Birliyinin Sədri Kənan Feyzullayev bildirib ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Qeyd olunub ki, Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətdə saxlanılır. Bu sahədə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.

Tədbir Babək Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aytəkin Süleymanovanın “Gənclər bizim sabahımızdır” mövzusunda çıxışı ilə davam edib. A.Süleymanova qeyd edib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Sonda Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi Gənclər Birliyinin ansamblının musiqi nömrələri dinlənilib.

00224756
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
14
395
2869
9353
224756

Tarix: 21-05-2018
Biz, sosial şəbəkələrdə: