"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Anar Tağıyev: “Bu uğur hər birimizindir”.

Yanvar ayının 25-dən başlayan ölkənin “Gənclər Paytaxtı”ın seçilməsi uğrunda mübarizədə ilk gündən etibarən doğma Naxçıvan şəhərimiz lider olub və liderliyini qoruyaraq saxlayıb.

Azərbaycanın hər bir şəhəri, hər bir rayonu, hər bir qarışı bizim üçün doğma və əzizdir. Bu müsabiqə şəhərlərimiz arasında xoş bir rəqabət yaratdı və gəncləri daha da fəal olmağa çağırdı. Amma mühüm bir məsələ var ki, müsabiqəyə qatılan şəhərlər arasında ən real namizəd Naxçıvan şəhəri olub. Çünki  Muxtar Respublika əhalisinin 30 faizdən çoxu gənclərdən ibarətdir.

Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər milli dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.

Artıq qədim diyarımız Naxçıvan ölkənin Gənclər Paytaxtıdır. Bu uğur hər birimizindir. Naxçıvanın Gənclər Paytaxtı seçilməsi biz gəncləri daha məsuliyyətli olmağa, qədim diyarımızın xoş gələcəyi naminə səylə çalışmağa çağırır.

Anar Tağıyev

Naxcivantv.az saytının əməkdaşı

00261367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
246
442
688
5462
261367

Tarix: 14-08-2018
Biz, sosial şəbəkələrdə: