"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Səməd Canbaxşiyev: “Bu, birliyin təntənəsidir”.

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dırBütün naxçıvanlılar üçün bu günün yəqin ki, ən sevindirici xəbəri Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi oldu.

Əslində, bu, gözlənilən idi. Çünki yanvar ayının 25-dən başlanan səsvermədə və sosial şəbəkələrdə naxçıvanlı gənclərin fəallığı diqqəti çəkirdi. Bu da təbiidir. Çünki 5 minillik tarixi olmasına baxmayaraq Naxçıvan həmişə gəncdir və bu gənclik təravəti onun bütün sakinlərində özünü büruzə verir. Çünki, qurmaq, yaratmaq, yenilənmək və torpağı müdafiə etmək hissləri gənclik düşüncəsində olanlarda daha güclü və səmimidir.

Etiraf edək ki, bu səsvermədə təkcə gənclər deyil, elə orta nəslin nümayənədələri olan insanlar da fəallıq nümayiş etdirdilər. Bu, hər kəsin düşüncəsindən, dünya görüşündən və təbii ki, ürəyinin gəncliyindən xəbər verirdi. Bunu birlik də adlandırmaq olar. Lazım olan məqamda Naxçıvan uğurunda istənilən səviyyədə birləşmək nümunəsini bizə hələ 1990–cı illərdə ümummilli lider Heydər Əliyev göstərib. Bu gün isə bu ənənənin davamı gənclərə yaradılan şərait, göstərilən diqqət və qayğı ilə özünü büruzə verir.

Artıq bu səsvermə gənclərin təşkilatlanması və dövlətçilik ideyaları ətrafında vahid qüvvə kimi birləşməsinin nümunəsidir.

Bunlar Naxçıvanda uzun illər həyata keçirilən uğurlu gənclər siyasətinin, vətənpərvərlik hisslərinin tərbiyəsində atılan düzgün, uzağa hesablanan addımların təzahürüdür. Muxtar respublika gənci bu gün inkişaf edən, Avropanın şəhərləri ilə müqayisə olunan , öz doğma, təmiz, sakit, şəhərini–Naxçıvanı elə geniş dünyagörüşlü bir gənc kimi də tərənnüm edir. Bütün bunların müqabilində Naxçıvan “Gənclər Paytaxtı”dır.

Bütün naxçıvanlıları təbrik edirik !

Səməd Canbaxşiyev

jurnalist

00182880
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
308
669
1740
9575
182880

Tarix: 22-02-2018
Biz, sosial şəbəkələrdə: