"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Təhminə Babayeva: “Bu, tarix və mədəniyyətimizin, müstəqillik illərində qazandığımız nailiyyətlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb edəcək”.

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dırBu diyarın gəncləri azad və xoşbəxtdirlər. Ona görə ki, burada onların hərtərəfli inkişafı üçün hər cür şərait var.

Yaradılan  münbit şəraitdən gənclər faydalanır, özlərini gələcəyə hazırlayırlar.

Vətənimiz üçün sağlam gənclərin formalaşdığı bu qədim diyarın Gənclər Paytaxtı seçilməsi bizi qürurlandırmaya bilməz. Bu əlamətdar hadisə qürur və fəxarət hissi ilə bərabər təbii ki, üzərimizə ciddi məsuliyyət, qarşımıza yeni layihələrin həyata keçirilməsi məqsədi qoyur.

Sözün həqiqi mənasında intellektli, savadlı, bilikli, bacarıqlı  gənclərin məkanıdır doğma Naxçıvanımız.

2018-ci il ərzində Naxçıvanın ölkə gənclərinin ən çox üz tutacağı, birgə layihələrin reallaşacağı məkanlardan biri olacağına inanırıq. Bu isə Naxçıvanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, tarix və mədəniyyətimizin, müstəqillik illərində qazandığımız nailiyyətlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edəcək.

Bir sözlə, Naxçıvanın Gənclər Paytaxtı seçilməsi üçün səbəbləri çoxdur. Ona görə ki, görkəmli elm və dövlət xadimlərinin yurdudur qədim Naxçıvan. Bizim gənclər onların müasirləridir.

Öz zəngin keçmişi, təkrarolunmaz maddi və mənəvi mədəniyyət abidələri ilə hər kəsi özünə heyran qoyur. Gənclər öz tarixini, mədəniyyətini göz bəbəyi kimi qoruyurlar. Son illər həyata keçirilən tədbirlər nəticəsində bu diyarın görkəmi xeyli dəyişib, infrastrukturu əsaslı şəkildə yenilənib. Gənclər bu tədbirlərdə fəal iştirak edirlər. Ecazkar təbiət abidələri-buz bulaqlar, zümrüd meşələr, səfalı yaylaqları var. Gənclər bu təbiətin sadiq keşikçiləridir. Naxçıvan qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərdir. Bir gənc kimi milli dəyərlərin qorunduğu, gənclərə hərtərəfli şəraitin yaradıldığı, hər mənada ölkənin digər bölgələrinə nümunə ola biləcək bu qədim və müasir şəhərdə yaşadığım üçün çox xoşbəxtəm!

Təhminə Babayeva

Naxçıvan televiziyasının əməkdaşı, əməkdar jurnalist

00261367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
246
442
688
5462
261367

Tarix: 14-08-2018
Biz, sosial şəbəkələrdə: