"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Məmməd Babayev: “Naxçıvan gəncləri şəhərimizin “Gənclər Paytaxtı” adını daşıması üçün əllərindən gələni etdilər”

Bu gün muxtar respublikamızda gənclərin potensialından səmərəli istifadə olunması, onların sosial müdafiəsinin təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlər, Naxçıvan Muxtar Respublikasında gənclərin yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramının qəbul olunması, gənc istedadların “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondunun yaradılması artıq Naxçıvan şəhərinin gənclər diyarı olaraq tanınmasını təmin etmişdir. Bu gün isə bu status birbaşa gənclərin səsverməsi ilə rəsmiləşdirilmiş oldu. 

Eyni zamanda muxtar respublikada gənclərin sosial-iqtisadi, ictimai-mədəni həyatda fəal iştirakı, asudə vaxtının səmərəli təşkili, intellektual potensialının inkişafı üçün reallaşdırılanlayihələr Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı olaraq seçilməsini şərtləndirən əsas amillərdən oldu.

İnternet səsverməsi ilə keçirilən bu layihədə Naxçıvan gəncləri kifayət qədər fəal şəkildə iştirak edərək doğma şəhərimizin “Gənclər Paytaxtı” adını daşıması üçün əllərindən gələni etdilər.

Naxçıvan şəhərində gənclərin istifadəsi üçün yaradılmış mərkəzlərin mövcudluğu, Olimpiya İdman Kompleksləri, yaşıl örtüklü stadionlar, üzgüçülük mərkəzləri, burda beynəlxalq və ölkə səviyyəli idman yarışlarının, digər mədəni-kütləvi tədbrilərin keçirilməsi üçün yaradılmış infrastrukturun olması Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı adını layiqincə daşıyacağına və bu il ərzində bu istiqamətdə keçiriləcək tədbirlərə uğurla ev sahibliyi edəcəyinə əmin olmağa imkan verir.

Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı olması bu sahədə görülən işlərin, həyata keçirilən layihələrin yeni müstəviyə daşınmasına təkan vermiş olacaq. Xüsusilə də eyni ildə şəhərimizin həm İslam Mədəniyyətinin Paytaxtı, həm də Gənclər Paytaxtı statusu daşıması muxtar respublikada bu istiqamətdə aparılan məqsədyönlü işlərin real nəticəsi kimi təzahür edir.

Naxçıvan şəhərinin Gənclər Paytaxtı olaraq seçilməsi gənclərin də üzərinə mühüm vəzifələr qoyur. Buna uyğun olaraq da biz muxtar respublikamızın tanıdılması, gənclər sahəsində keçiriləcək tədbirlərin daha uğurlu alınması üçün əlimizdən gələni etməyə çalışacağıq. Bu yolda bütün gənclərə uğurlar arzulayırıq.

                                                                        Məmməd Babayev

                                             Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

yanında Gənclər Fondunun İcraçı direktoru

00224755
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
13
395
2868
9352
224755

Tarix: 21-05-2018
Biz, sosial şəbəkələrdə: