"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Ülvi Hüseynli: “Naxçıvan inkişaf edən, gəncləşən, sağlam gənclik ordusunun formalaşdığı müasir şəhərdir”.

Naxçıvan bəşəriyyətin beşiyidir: tarix Naxçıvandan başlayıb.

Naxçıvan sivilizasiyaların mərkəzidir: mədəniyyət Naxçıvanda formalaşıb. Naxçıvan ulu öndərimiz Heydər Əliyevin vətənidir:  Naxçıvanda bayrağımız əbədi yüksəkliyə ucalıb, gələcəyimizə, gəncliyimizə ən dəyərli əmanətimiz olan DÖVLƏTÇİLİYİMİZİN, MÜSTƏQİLLİYİMİZİN əsası qoyulub.

Bu gün Naxçıvan qədim tarixinə, zəngin mədəniyyətinə, min illik dövlətçilik təcrübəsinə söykənərək inkişaf edən, gəncləşən, sağlam gənclik ordusunun formalaşdığı müasir şəhərdir. Bu gün Naxçıvan GƏNCLƏR PAYTAXTIDIR.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov etibarlı gələcəyimizi sağlam gəncliyin formalaşmasında görür, bu sahəyə davamlı qayğı göstərir. Yaradılan şərait gənclərimizin sağlam böyüməsi, təhsil alması, peşə öyrənməsi və dəyərli vətəndaş kimi yetişməsi üçün geniş imkanlar açır. Bu gün fəxr edirik ki, Naxçıvan gənci sinəsini düşmənə sipər edən ƏSGƏRDİR; şəfa paylayan HƏKİMDİR; ziya nuru saçan MÜƏLLİMDİR, ALİMDİR; dövlətini şərəflə təmsil edən DİPLOMATDIR; şəhərlərimiz, kəndlərimiz kərpic-kərpic bina edən, yollar çəkən MÜHƏNDİSDİR; qələmi ilə sözün deməyi bacaran YAZIÇIDIR, JURNALİSTDİR; sağlam övlad böyüdən VALİDEYİNDİR,  ən əsası isə ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçən əsl VƏTƏNDAŞDIR...

Bu mənada Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın GƏNCLƏR PAYTAXTI seçilməsi sabahımıza, etibarlı gələcəyimizə göstərilən DİQQƏTİN, QAYĞININ, ETİMADIN daha bir ifadəsi və QƏLƏBƏSİDİR.

Ülvi Hüseynli

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı, jurnalist

00224755
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
13
395
2868
9352
224755

Tarix: 21-05-2018
Biz, sosial şəbəkələrdə: